Bakıda məscidi sökən “JEK” rəisi kabinetində öldü » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Hadisə

Bakıda məscidi sökən “JEK” rəisi kabinetində öldü – YENİLƏNİB

Bakıda məscidi sökən “JEK” rəisi kabinetində öldü

İyulun 8-də kabinetində dünyasını dəyişən 43 saylı Mənzil kommunal istismar sahəsinin rəisi Yusif Əhmədovun Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevin yaxın adamı olduğu bildirilir.

İmam Hüseyn məscidinin axundu Hacı Əbdül isə bildirib ki, Y.Əhmədov Hacı Cavad məscidinin sökülməsində fəal iştirak edib.

Xatırladaq ki, məscid 43 saylı Mənzil istismar sahəsinin ərazisində yerləşib.

* * *12:40

Yasamal rayonundakı 43 saylı Mənzil kommunal istismar sahəsinin (“JEK”) rəisi Yusif Əhmədov iş otağında dünyasını dəyişib.

Bu barədə virtualaz.org saytına həmin “JEK”-dən məlumat veriblər.

Xəbərdə deyilir ki, Y.Əhmədov ürək tutmasından keçinib.

Qeyd edək ki, sosial şəbəkələrdə məhrumun “Hacı Cavad” məscidinin sökülməsində iştirak etdiyi yazılıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *