Aqil Abbasdan bakılı-rayonlu davasına reaksiya: Di gedin, kef edin... » AzNews.info -Xəbər portalı

Aqil Abbasdan bakılı-rayonlu davasına reaksiya: Di gedin, kef edin...

Aqil Abbasdan bakılı-rayonlu davasına reaksiya: Di gedin, kef edin...


Bəstəkar Aygün Səmədzadə ilə yazıçı Xeyrəddin Qocanın bakılı-rayonlu davası ziyalılarımızı narahat etməyə başlayıb.

Oxu.Az-ın məlumatına görə, millət vəkili, yazıçı Aqil Abbas qalmaqala ziyalı mövqeyini bildirib:

“Elə bil xüsusi bir institut işləyir, bəlkə də, bir yox, bir neçə. Bəlkə də, “elə bil”siz, doğrudan, işləyir! Bu institut süpürülmüş yerdən dava kağızı axtarır, çox qəribədir ki, tapır da. Və adamlar arasında süpürülmüş yerdən tapdığı dava kağızı ilə qırğın salır; ateistlərlə dindarlar. Elə soyuyan kimi türk-talış. Elə soyuyan kimi (davaları soyudan da, əsasən, ziyalılardı) sünni-şiə. Dalınca osmanlı-azərbaycanlı. Rus dilli-azərbaycan dilli… Bir sözlə, boş durmaq yoxdu, yola davam. Təzə mövzu tapmayanda yenidən köhnə palan içi tökürlər.

Son günlər də bakılı-rayonlu davası…

Bakı bütün azərbaycanlıların qibləsidi. Özü də təkcə Şimali azərbaycanlıların yox, elə Cənubi azərbaycanlıların da qibləsidi. Hamı üzünü bu qibləyə çevirir və bütün azərbaycanlılar da bu qiblədən yönəldilir. Kəbə bütün müsəlmanlar üçün nə qədər müqəddəsdirsə, Bakı da bütün azərbaycanlılar üçün müqəddəsdi.

Azərbaycanın bədbəxt şairi Məhəmməd Hadini, yəqin ki, bu gün elə təkcə ziyalılar tanıyır. Çoxları şeirlərindəki müəyyən misraları əzbər bilirlər, amma soruşsan, kimindi, şairin adını tapa bilməzlər. Hamımızın bildiyi misra: “Yox millətimin imzası imzalar içində”.

Məhəmməd Hadi birinci dünya savaşı zamanı diviziyaların birində mollalıq edirmiş. Ölən azərbaycanlıları da basdıranda üzünü Kəbəyə çevirmirmiş, Bakıya çevirirmiş və deyibmiş ki, bunların qibləsi Bakıdı. Yəni Bakı həm də şəhidlərimizin qibləsidi. Və Bakını qiblə kimi qoruyub saxlamaq üçün təkcə Qarabağ savaşında 20 min şəhid vermişik. Və o şəhidlər çiyin-çiyinə vuruşanda kimin haralı olduğunu bir-birindən soruşmazdılar.

Aprel döyüşlərində şabranlı Əbdülməcid Axundov yaralı-yaralı, sürünə-sürünə gedib yaralı əsgər dostuna sarmaşıb öldüyü kimi, şəhidlərimiz öləndə də sarmaşıb ölürdülər.

İndi bu nə mənasız və axmaq bir söhbətdi ki, bakılı-rayonlu söhbətini atırlar ortalığa. Xüsusilə sosial şəbəkələrdə vur-çatlasındı. Heç gözləmədiyim halda görkəmli bir bəstəkarımız da bir açıqlama verib ki, kim Bakını sevmirsə, çıxsın-getsin.

Əvvəla, hara getsin, qızım? İkincisi, Bakını necə sevməmək olar, Bakı axı ürəyimizdi. Bakı Azərbaycanın mədəniyyət mərkəzidi, Bakı hamımız üçün dünyaya açılan bir pəncərədi. Yuxarıda qeyd etdiyimiz kimi, qibləmizdi”.

A.Abbas mübahisə predmeti olan “Bakılılar günü varsa, niyə rayonlarımızın günü yoxdur?” fikirlərinə özünəməxsus cavab verib: “1 iyul Bakılılar günüydü. Çox gözəl, burada qeyri-adi heç nə yoxdu. Şəhər camaatı bu günü özü üçün bayram sayır. Yəni bunu qısqanmaq lazım deyil, qaşınmayan yerdən qan çıxarmaq lazım deyil. Mirzə Cəlilin sözləri ilə desək, artıq qanımız varsa, Qarabağ boyda Kərbəlamız var.

Baxıram, rayon camaatı da dava salır ki, bəs niyə rayonların günləri yoxdu. Var, başınıza dönüm, var. Var, qurbanınız olum, var: 23 iyul Ağdam Günü, 1 aprel Kəlbəcər Günü, 9 may Şuşa Günü, 26 fevral Xocalı Günü, 20 noyabr Qarakənd Günü, 18 fevral Xankəndi Günü. Zəngilan Günü, Qubadlı Günü, Cəbrayıl Günü, Füzuli Günü, Laçın Günü, Ağdərə Günü… Sayım, yoxsa bəsdi? Xocavənd Günü, Malıbəyli Günü, Ağdaban Günü, Kərkicahan Günü, Meşəli Günü, Qaradağlı Günü… Özü də ilin bütün fəsillərində və bütün aylarında. Di gedin, kef edin”.

Mənbə: Oxu.Az / Zülfiyyə Qurbanova
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 19 iyul 2017 09:45
  • Yazan: JOE
just like his wife to rolex replica uk discuss She had a friend working in a jewelry group, and inquired about a discount at the fake watches next point, and it was decided!The first one has long been decided to seven, love its refined, love its classic, love its back through, seven days long power practical, dial layout is fake watches perfect for me, I just like the German style

Súper zapatos baratos Nike, la calidad es muy buenos zapatos falsos Nikenike air max baratos

Today, Oaklei Global has cheap oakley uk more than 600 patents and 800 registered trademarks, and Oakley sunglasses all the series. Brand characteristics: in the glasses of cheap oakley sunglasses its comfort, practicality, artistic integration of one. Whether it is product design or selection of materials, the concept of glasses products subversion. Have been through a series of advanced scientific experiments and testing to ensure that it is comfortable and high quality, and a high degree of integration of functionality and fashion. Fashion features oakley fashion is fascinated by innovation, simply said. The passion for combating all the rules, the passion for science and technology innovation, and the stringent technical requirements of the technology and make it very persistent. Oakley has a unique set of science, art, not to submit to the traditional cultural challenges of cultural heritage. Because the use of high technology so that it has repeatedly beyond the limit, Oakley first with its most prestigious senior sunglasses series to replica oakley sunglasses show me this extraordinary enthusiasm.

  • #4
  • 1 avqust 2017 12:23
  • Yazan: g
The battle for the AFT Twins presented by fz 07 Vance & Hines title is still a tight race between rivals motorcycle rearsets Jared Mees (No. 9 Indian Motorcycle Rogers Racing Scout FTR750) and Bryan Smith (No. 1 Indian Motorcycle Racing backed by 18-7350 fuel pump Allstate Scout FTR750). Mees currently has the upper hand with an eight-point advantage over the defending Grand National champ. But for f4i mirrors Smith, it’s more than just spoke wraps the current title bout, there’s some unfinished business to be dealt with at Calistoga.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *