İran ABŞ-ın yeni sanksiyalarını şərh etdi
ABŞ Konqresinin Rusiya və İran şirkətlərinə qarşı qəbul etdiyi yeni sanksiyalar rəsmi Vaşinqtonun öhdəliklərinə ziddir və dövlətlərin daxili işinə qarışmaq deməkdir.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə Seulda iclasda İran məclisinin spikeri Əli Laricani deyib.
“ABŞ-ın birtərəfli qaydada tətbiq etdiyi sanksiyalar beynəlxalq hüquq normalarını və BMT nizamnaməsini pozur”, - o bildirib.
Bundan əlavə, spiker ABŞ-ı terrorçuları dəstəkləməkdə ittiham edib.
Mənbə:> Oxu.Az