Bu kartlardan nağd pul çıxarmaq mümkün olmayacaq » AzNews.info -Xəbər portalı

Bu kartlardan nağd pul çıxarmaq mümkün olmayacaq – YENİLƏNİB

Bu kartlardan nağd pul çıxarmaq mümkün olmayacaq


Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları sahibkarlar üçün nəzərdə tutulmuş plastik kartlardan nağdlaşdırmanı dayandırıb.

Banklar bu addımı Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi əsasında atıb. Palata banklara zəng edərək biznes kartlarından nağdlaşdırmanın dayandırılmasını tövsiyə edib.

Xatırladaq ki, bu, “Nağdsız hesablaşmalar haqqında” qanunun icrası ilə bağlıdır.

AzNews.info Bakipost.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı-ekspert Samir Əliyev bildirib ki, belə bir addımım atılması düzgün deyil:

“Ümumiyyətlə, nağdsız hesablaşmaların inkişaf etdirilməsi vacibdir. Burada mexanizmlərdən biri də nağd əməliyyatların məhdudlaşdırılmasıdır. Amma Azərbaycanda bunu çox sərt addım kimi qiymətləndirmək olar. Çünki ilk növbədə müəyyən infrastruktur, mexanizmlər yaradılmalı idi.

Ondan sonra sərtləşmə addımı atılmalı idi. Amma bizdə mexanizmlər olmadan bu edildi. Məsələn, POS terminalların sayı məhduddur. Bankomatlarda da oxşar vəziyyətdir. Onlar əsasən, paytaxtda cəmləşiblər, regionlarda insanların onlara əli çatmır. Ümumən götürdükdə şirkətlərdə nağdsız ödənişlər səviyyəsi çox aşağıdır.

Yəni, əsas ödənişlər bu gün nağd aparılır. Ona görə belə vəziyyətdə bu addımın atılması çox sərtdir. Nağdsız əməliyyatlar çoxdan inkişaf etdirilməli idi, xeyli gecikmişik bu sahədə. Amma imkanları qiymətləndirmədən birdən-birə qabağa tullanmaq da olmaz. İndiki vəziyyətdə bu tip addımlar problemlər yarada bilər və yaradır da.

İndi verilən məlumata görə, kartlar vasitəsilə nağdlaşma əməliyyatı edilməsi qadağan edilir. Bu çox yersiz addımdır. Belə addımlar biznesin bank əməliyyatlarından çəkinməsinə gətirib çıxaracaq.

Hökumət biznesi nağdsız ödənişlərə stimullaşdırmaq əvəzinə, onları məcbur edir. Amma belə məhdudiyyətlər istər biznesi, istərsə də, qeyri biznes əhalini bank xidmətlərindən istifadəyə çəkindirəcək. Sonda iqtisadiyyat itirəcək. Ona görə də, belə məhdudiyyətlərin tətbiq edilməsi düzgün deyil”.

Samir Əliyev hesab edir ki, məhdudiyyətlər sırf ödənişlərə münasibətdə olmalıdır: “Pulun nağdlaşdırılması ilə bağlı heç bir qadağa olmamalıdır.

Bu addımın mənfi təsiri olacaq. Belə ki, sahibkarların biznes əməliyyatlarını bank sektorundan kənar aparmasına gətirib çıxaracaq. Bu da qeyri-rəsmi dövriyyəni yenidən canlandıracaq. Onsuz da hazırda biznesin çətin dövrüdür.

Biznesə nəfəs vermək lazımdır. Həm pul, həm də sərbəst əməliyyat aparmağa imkan vermək lazımdır. Amma bu addım onların əməliyyatlarını məhdudlaşdırır. Xüsusən də dövlət sifarişi ilə işləyən şirkətlər işində çətinlik yaradır.

Düzdür burada sui-istifadə halları var. Dövlət qurumaları ilə işləyən şirkətlərdə tenderlər şəffaf keçirilmir. Amma problem belə həll olunmur. Qadağa sistemi tətbiq edilməkdənsə, şəffaflıq və hesabatlılıq mexanizmləri təkmilləşdirilməlidir”.

14:44

Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları sahibkarlar üçün nəzərdə tutulmuş plastik kartlardan nağdlaşdırmanı dayandırıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu addım Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi əsasında atılıb.

Belə ki, bu günlərdə Palatadan banklara zəng edilib və şifahi şəkildə biznes kartlarından nağdlaşdırmanın dayandırılması tövsiyə olunub. Bu, “Nağdsız hesablaşmalar haqqında” qanunun icrasından irəli gəlir.

Xatırladaq ki, yeni qanunla əlaqədar bir qədər əvvəl iş adamlarının cari hesablarından vəsait çıxarılmasına limit qoyulub.

Mənbə: Bakipost.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *