IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib – YENİLƏNİB
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarını açılış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən mərasimdə Azərbaycan və İslam mədəniyyəti tərənnüm edilib, idmançıların paradı və atəşfəşanlıq olub.
Qeyd edək ki, Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki indiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb.
İdmanın 24 növü üzrə keçiriləcək yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycanı bu Oyunlarda 325 atlet təmsil edir. Türkiyə 337 idmançı ilə birinci yeri tutur. Qaliblərə ümumilikdə 1600 medal təqdim ediləcək.
12.05.2017 23:39
IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində Birinci vitse-prezident və “Bakı 2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Osaymin çıxış ediblər.
Oxu.Az-ın məlumatına görə, sonra Azərbaycan prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib, Bakı Olimpiya stadionunun damında atəşfəşanlıq başlayıb.
22:00
Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçirilir.
Oxu.Az-ın məlumatına görə, Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, təqribən 2000 komanda rəsmisi və texniki nümayəndə iştirak edir. Bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkə qatılmayıb.
Azərbaycanı bu Oyunlarda 325 atlet təmsil edir. Ən çox idmançı ilə Türkiyə təmsil olunur – 345 nəfər. İdmançıların sayına görə üçüncü yerdə 300 atletlə İran qərarlaşıb.
Mənbə:> Oxu.Az