Rusiya səfiri, Azərbaycan kəndini atəşə tutan silahlı “jurnalist” və humanitar hüquq barədə -VİDEO
Rusiyanın İrəvandakı səfiri İvan Volınkin bu günlərdə Ermənistanın “Şant” telekanalının çəkiliş qrupunun təmas xəttində atəşə tutulmasını pisləyən bəyanatla çıxış edib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, səfir bunu “humanitar hüququn pozulması” adlandırıb. “Humanitar hüquqdan söhbət gedəndə heç bir sağlam düşüncəli insan ola bilməz ki, belə hərəkətləri pisləməsin. Jurnalistlər, tibb personalı və digər dinc sənət sahibləri qarşı duran tərəflərin hədəfi ola bilməz”-səfir deyib.
Xatırladaq ki, mayın 11-də baş vermiş insident zamanı “Şant” telekanlının çəkiliş qrupu Azərbaycan ordusunun mövqelərindən pulemyot atəşinə tutulub. Bu zaman operator David Atoyan yaralanıb, çəkiliş qrupunun rəhbəri, özünün faşist baxışları ilə tanınan, əslində jurnalistdən çox silahlı daşnak terrorçusu olan Artak Zakaryan təəsüf ki, salamat qurtara bilib. Hansı ki, internetdə elə erməni tərəfinin özünün yaydığı görüntülərdən məlum olurdu ki, Zakaryanın çəkiliş qrupu hərbi kamuflyajda olan avtomobildə hərəkət edib, üstəlik avtomobilin salonunda “Kalaşanikov” avtomatları var.
Yaxud internetdə həmin Zakaryanın aprel döyüşlərində həlak olan Azərbaycan hərbçilərinin cəsədlərini təpiklədiyi və avtomatla Azərbaycan kəndini atəşə tutduğu barədə görüntülər var. Hansı ki, beynəlxalq humanitar hüquq jurnalistin hərbi münaqişə zonasında nəinki əlinə silah almasını, eləcə də hərbi geyimdə və kamuflyajda olmasını qadağan edir. Əks halda belələrini beynəlxalq humanitar normalar qoruya bilməz. O zaman Rusiyanın İrəvandakı səfiri hansı “dinc jurnalistdən” və hansı “humanitar hüquqdan” danışır? Kamera əvəzinə “Kalaşnikov”la “çəkiliş aparan” daşnak yaraqlısı nə zamandan dinc peşə sahibidir? Beləsini nəinki atəşə tutmaq, lap alnının ortasından iriçaplı silahla güllələmək Azərbaycan ordusunun qanuni hüququdur və vəzifəsidir.
Mənbə:> Virtualaz.org