Ermənilərin atəşə tutduğu kənddən son görüntülər – VİDEO
Erməni hərbi birləşmələri Tərtərin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.
APA TV-nin hadisə yerində olan çəkiliş qrupu xəbər verir ki, Qəzyan kəndinin əkin sahələrinə 20-dən çox mərmi atılıb. Mərmilərdən biri kənd sakini Yasin Əliyevin yanına düşüb. Torpağa sancılan mərmi partlamadığı üçün Yasin Əliyev xəsarət almayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, mayın 13-ü saat 18.20 radələrindən etibarən Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qəzyan kəndinin ərazisi 120 millimetrlik minaatanlardan atəşə tutulmağa başlayıb.
Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilir, düşmənin atəş nöqtələrinə cavab zərbələri endirilir.
Müdafiə Nazirliyi bəyan edir ki, bu cür təxribatların nəticəsi olaraq gələcəkdə baş verə biləcək hadisələrə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.
Mənbə:> APA