Artur Rasizadədən qərar: Əməkhaqqı bir manat artırıldı
Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qanuna dəyişiklik edilməsi barədə qərar imzalayıb.
AzNews.info-nun məlumatına görə, bu barədə AzNews.az Nazirlər Kabinetinin saytına istinadən xəbər verir.
21 aprel 2017-ci il tarixli qərara əsasən, Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları 115 manatdan 116 manata qaldırılıb.
Qərar 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.
Mənbə:> AzNews.az