Donald Tramp erməniləri məyus etdi
ABŞ prezidenti Donald Trump 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı bəyanatında “soyqırım” sözünü işlətməyib.
Bu barədə Oxu.Az “Hurriyyet” nəşrinə istinadən xəbər verir.
D.Tramp 24 aprel hadisələrini sadəcə “böyük fəlakət” adlandırıb.
Qeyd edək ki, hər ilin aprel ayının 24-də Ermənistan qondarma “erməni soyqırımı”nın ildönümünü qeyd edir.
Ermənilər və erməni lobbisi iddia edir ki, Türkiyə cümhuriyyətinin sələfi – Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı “soyqırımı” törədib.
Mənbə:> Oxu.Az