Azərbaycanlı alimdən maraqlı açıqlama: Yadplanetlilər bizimlə görüşəcək » AzNews.info -Xəbər portalı

Azərbaycanlı alimdən maraqlı açıqlama: Yadplanetlilər bizimlə görüşəcək

Azərbaycanlı alimdən maraqlı açıqlama: Yadplanetlilər bizimlə görüşəcək


İnsan heç vaxt yadplanetli məxluqları görə bilməz, bu rusiyalı alimlərin iddiasıdır. Onların sözlərinə görə, bu vaxta qədər yadplanetliləri gördüyünü deyənlər əslində hallüsinasiya görüblər, ya da bu, yalnız onların təxəyyülünün məhsuludur.

Onlar bu fikirlərini, yadplanetlilərlə bizim aramızdakı zaman fərqi ilə əsaslandırırlar. Yəni yadplanetlilər insan gözünün görə bilmədiyi vaxt aralığında yerə enirlər. Alimlərin fikrincə, yadplanetlilərin Yerə kütləvi enişi dövrünü insanlar görə bilməyəcək. Çünki o vaxta qədər insan qalmayacaq.

AzNews.info aktual.az-a istinadən xəbər verir ki, bu barədə uzun illərdir ufologiya ilə məşğul olan Nazim Əhmədli rusiyalı alimlərin bu iddialarına cavab verib.

“Rus ideoloqları, ufoloqları kainatla bağlı məsələlərdə hər zaman dünya alimlərinə zidd fikirlər səsləndirirlər. Düzdür, nə qədər ki, bəşəriyyət yad sivilizasiyaları dərk etmir, yad planetdən olanların mövcudluğunu da anlamayacaq. Bu mənada insanların onlarla görüşmələri psixologiyalarına mənfi təsir edə bilər. Ona görə də yadplanetlilər insanların gözünə mümkün qədər az görünməyə çalışırlar. Bəşəriyyət kamilləşəndən sonra onlarla görüşə biləcək. İndi isə bəşəriyyətdə kamillikdən danışmaq mümkünsüzdür. Bu gün bəşəriyyətin 5-10 faizi kosmosu dərk edir. Qalanların başı müharibələrə qarışıb. Əgər bəşəriyyət silah kəşf etməkdənsə, elmə diqqət ayırsaydı, yadplanetlilər yerdəki insanlarla əlaqə saxlayar, daha çox görünərdilər”.

N.Əhmədlinin sözlərinə görə, yadplanetliləri görməyi hallüsinasiya ilə əlaqələndirmək doğru deyil.
“Bu iddia yalnız bir alimə məxsusdur və onu bu fikrinə görə qınaya bilmərik. Dünyada məşhur ufoloqlar var, onlar yadplanetlilər barədə tədqiqatlar aparıblar. Həmin tanınmış alimlərin fikirlərini bir sözlə inkar etmək mümkün deyil. Düzdür, Yer planeti ilə digər planetlər arasında çox böyük zaman fərqi var. Lakin buna əsaslanaraq onları görə bilməməyimiz barədə fikir yürütmək də doğru deyil. ABŞ-da 4 növ yadplanetli ilə əlaqə var. Dünyada böyük kosmik institutlar onları araşdırmaqla məşğuldur. Hətta onların bir sıra yerlərdə gizli bazaları da var, insanlar onların elmi texniki tərəqqisindən istifadə edirlər. Lakin heç də bütün elmi yeniliklərini bizə idxal etmirlər”, - deyə N.Əhmədli bildirdi.

Yadplanetlilərin insanlarla bir yerdə yaşamasının nə zaman mümkün olacağına gəldikdə, o, bu birliyi istisna etmədiyini, ancaq bunun üçün insanların onları dərk etməsinin vacib olduğunu dedi: “Onlar milyon illərdir Yer kürəsinə gəlib-gedirlər. Bizə qədər olan sivilizasiyalar vaxtında da bura gəliblər. Şumerlərin vaxtında, Mesopatamiyadakı qızılı öz planetlərinə aparmaları barədə yazılar var. Sfinksin (Qədim Misir mifologiyasına görə qoruyucu tanrı – red.) heykəlinin altındakı təyyarə, kosmonavt şəkilləri Yer kürəsinin nəzarət altında olduğundan xəbər verir. Bütün bunları biləndən sonra rus alimin fikirlərini qəbul edə bilmərəm”.

Mənbə: Aktual.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *