Putin referendumda qələbə münasibətilə Ərdoğanı təbrik edib
Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə "Anadolu" agentliyi xəbər verib.
Xəbərdə bildirilir ki, danışıq Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Vladimir Putin türkiyəli həmkarını aprelin 16-da keçirilmiş referendumun nəticələri ilə bağlı təbrik edib.
Dövlət başçıları həmçinin Suriya məsələsini də müzakirə ediblər. Ölkə prezidentləri Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadənin dəqiq və qərəzsiz araşdırılması zəruriliyini qeyd ediblər.
Mənbə:> Virtualaz.org