İran XİN Azərbaycandan vizanın ləğvini xahiş etdi
İran xarici işlər nazirinin konsulluq məsələləri üzrə müavini Həsən Qaşqavi bildirib ki, İran İslam Respublikası öz vətəndaşları üçün viza tələblərini ləğv etmək xahişi ilə Azərbaycana müraciət göndərib.
Virtualaz.org bildirir ki, bu barədə Mehr agentliyi xəbər yayıb.
Həsən Qaşqavinin sözlərinə görə, Azərbaycan viza rejimini ləğv etməklə iranlılara hörmətini ifadə etmiş olacaq. Və bu, İran ictimaiyyəti üçün Azərbaycanın müsbət və məşhur obrazını təmin edəcək.
Mənbə:> Virtualaz.org