Ekspertlər: ABŞ bu il uçot dərəcəsini iki dəfə artıracaq » AzNews.info -Xəbər portalı

Ekspertlər: ABŞ bu il uçot dərəcəsini iki dəfə artıracaq

Ekspertlər: ABŞ bu il uçot dərəcəsini iki dəfə artıracaq

ABŞ Federal Ehtiyat Sistemi (FED) 2017-ci ildə uçot dərəcəsini daha 2 dəfə artıracaq.

AzNews.info Report-a istinadən xəbər verir ki, bu barədə məlumat “The Wall Street Journal”ın 7-11 aprel tarixlərində 61 iqtisadçı-respondent arasında apardığı sorğunun nəticələrinə əsasən verilib.

Sorğuda iştirak edənlərin hamısı iyun ayında uçot dərəcəsinin artırılacağını bildirib. Lakin növbəti artımı respondentlərin 66,7%-i sentyabr, 31,1%-i isə dekabr ayında gözlədiklərini ehtimal ediblər.

Həmçinin, qəzetdə dərc olunan məqalədə analitiklərin ABŞ iqtisadiyyatının gələcəyi barədə gözləntilərinin pisləşdiyi bildirilir. Belə ki, onlar ABŞ prezidenti Donald Trampın seçkiqabağı iqtisadi vədlərinə şübhə ilə yanaşmağa başlayıblar. Sorğuda iştirak edən ekspertlərin proqnozuna görə, 2017-ci ilin ilk rübündə ABŞ iqtisadiyyatının illik müqayisədə 1,4% artacaq. Mart ayında bu gözləntilər 1,9%, dekabrda isə 2,3% olub. Martda ABŞ-da resessiya olacağını ehtimal edənlər 14% təşkil edirdisə, apreldə bu göstərici 16%-ə çatıb.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *