Yellen: FES uçot dərəcəsini artıracaq
ABŞ Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsini artıracaq.
AzNews.info-nun APA-ya istinadən xəbərinə görə, bu barədə FES-in rəhbəri Canet Yellen bildirib.
“Çox güman ki, martın 15-də baş tutacaq iclasda uçot dərəcəsi artırılacaq. Növbəti iclasda biz işsizlik səviyyəsi və inflyasiyanın səviyyəsinə qiymət verəcəyik. Bazarlarda inkişaf gözlədiyimiz kimi olsa, uçot dərəcəsinin artırılması labüdləşəcək”, - deyə C.Yellen vurğulayıb.
Xatırladaq ki, fevralın 23-də FES uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan etmişdi.
Qeyd edək ki, ötən ilin dekabrın 14-də uçot dərəcəsini 0,5-0,75% artıran FES bu ilin yanvarında uçot dərəcəsini dəyişməyib.
Mənbə:> APA