ABŞ dövlət katibi: “Əsəd rejimi sona yaxınlaşır”
ABŞ dövlət katibi Reks Tillerson Moskvada Rusiya XİN başçısı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib ki, ABŞ-ın mövqeyi Suriyada Bəşər Əsəd rejiminin sona yaxınlaşmasından ibarətdir.
“Bizim mövqeyimiz belədir ki, Əsəd rejimi sona yaxınlaşır, bunun günahkarı özləridir, səbəbi isə davranışları və bir neçə il davam edən müharibədir”, - virtualaz.org “Russia Today” agentliyinə istinadən xəbər verir ki, Tillerson belə deyib.
O əlavə edib ki, Rusiya “bu reallığı anlamaqda Əsədə kömək edə bilər”.
Mənbə:> Virtualaz.org