Teleaparıcı Solovyov: “Gördüm ki, İlham Əliyev əsl dövlət xadimidir...” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Media

Teleaparıcı Solovyov: “Gördüm ki, İlham Əliyev əsl dövlət xadimidir...”

Teleaparıcı Solovyov: “Gördüm ki, İlham Əliyev əsl dövlət xadimidir...”

Bu günlərdə Bakıda prezident İlham Əliyevlə görüşən rusiyalı teleaparıcı Vladimir Solovyov “Vesti.FM”-in birbaşa efirində, “Birbaşa təmas” verilişində həmin görüşün təfərrüatlarını danışıb.

Virtualaz.org xəbər verir ki, VQTRK-nın aparıcısı İlham Əliyevlə görüşünün iki saat çəkdiyini deyib, Bakıya səfərinin məhz Azərbaycan prezidenti ilə görüşmək məqsədi daşıdığını bildirib. “Mənə çox maraqlı idi-dövlət liderləri ilə söhbətlər həmişə çox maraqlı olur, söhbət bu cür məsuliyyət səviyyəsində aparılırsa”-Solovyov deyib.

Aparıcı bildirib ki, Bakıya səfər qısamüddətli olub, çünki ABŞ-ın Suriyaya raket zərbələri endirməsi onun proqramını yarımçıq qoyub. Buna baxmayaraq Solovyov Bakı ilə tanış olmağa imkan tapıb. “Bakının yolları hamardır. Görünür ki, şəhərə böyük pullar qoyublar, çox səliqəlidir. Bakıda bir sıra arxitektura əsərləri var, o cümlədən Zaha Hadidin layihəsi əsasında tikilmiş Heydər Əliyev Mərkəzi”-o deyib.

Solovyovun bildirdiyinə görə, onu Bakıya səfərə çoxdan hazırlayırdılar. “Mənim Azərbaycan prezidentindən soruşacaqlarım vardı: başa düşmək istəyirdim ki, sonrası necə olacaq və bütün sualları vermək prinsipial olaraq mühüm idi. Prezidentlə görüş düz saat 10.00-da başladı, o, artıq iş yerində idi və məni təəcübləndirdi ki, İlham Əliyev fotolarda olduğundan xeyli cavan görünür,-hündürboy, xoşsifət. Söhbət çox açıq, səmimi oldu və mən prezidentə bu söhbət üçün təşəkkür etmək istəyirəm. O, məndə çox yaxşı təəsürat yaratdı”-rusiyalı teleaparıcı bildirib.

“Mən gördüm ki, İlham Əliyev parlaq təhsilli, ağıllı, şəksiz siyasətçidir, özü də başqa tip siyasətçi-əsl dövlət xadimi. Bizim mövqelərimiz diametral fərqlənirdi, lakin ona minnətdarlıq etməmək mümkün deyil. O, söhbətə olduqca yaxşı hazırlaşmışdı, mənim qaldırdığım bütün mövzuları bilirdi. Biz onunla Belarusda həbs olunmuş bloqqer barədə, Marat Ueladanov barədə (Bakıda həbsdə olan Rusiya vətəndaşı, milliyətcə erməni-red.) danışdıq. Hər iş üzrə ətraflı bəhs etdik və mən prezidentin mövqeyini dinlədim, öz mövqeyimi ifadə etdim. Mənə deyildi ki, həmin adamlara qarşı olduqca nəzakətli davranırlar, ancaq onlar Azərbaycanın qanunlarını pozublar və qanunla cavab verməlidirlər”-Vladimir Solovyov danışıb.

Aparıcı deyib ki, İlham Əliyevlə söhbət zamanı Rusiya vətəndaşı olan erməninin Bakıya uçan təyyarəyə buraxılmaması məsələsinə də toxunulub. “Prezident izah etdi ki, onların bütün ermənilərlə müharibəsi yoxdur, lakin situasiya belədir ki, Azərbaycana gələn hər kəsin təhlükəsizliyini təmin etmək lazımdır. Azərbaycanla Ermənistan arasında çox gərgin, faktiki olaraq partlayış həddində olan vəziyyəti nəzərə alaraq qarantiya haradadır ki, erməni familiyalı adam otelə gələcək, sənədlərini təqdim edəcək və onu bıçaqlamayacaqlar? Günahkar isə hakimiyyət olacaq. Ona görə də səfərlərin təşkili üçün bütöv təhlükəsizlik sistemi lazımdır”-Solovyov Azərbaycan prezidentinin ona dediklərindən sitat gətirib.

Teleaparıcı Solovyov: “Gördüm ki, İlham Əliyev əsl dövlət xadimidir...”


Teleaparıcı qeyd edib ki, İlham Əliyev sadə olmayan həyat məktəbi keçib. Onunla söhbətdə xatırladıb ki, vaxtilə Qorbaçovun yaxın ətrafında təmizləmələr olanda Şevardnadze İlham Əliyevin MQİMO-dan işdən azad edilməsinə göstəriş vermişdi.

“Demək olmaz ki, onun həyatında hər şey rəvan keçib və o, ölkə qarşısında üzərinə düşən böyük məsuliyyəti hiss edir. Biz keçmişi müzakirə etdik və mənə xoş idi ki, bizim müasir Rusiya tarixinin bir çox mərhələləri və siyasi xadimləri barədə fikirlərimiz üst-üstə düşürdü. Qeyd etməliyəm ki, mən ondan Ermənistan rəhbərliyi barədə heç bir təhqiramiz, alçaldıcı fikir eşitməədim. Yəni hərəsinin öz sərt, diametral zidd mövqeyi var, ancaq onlar nəzakət və layiqli davranış həddini keçmirlər”-Solovyov deyib.

Rusiyalı teleaparıcının bildirdiyinə görə, İlham Əliyev müxalifətin öhdəsindən necə gəldiyi barədə bəhs edib. Solovyovun danışdığına görə prezident deyib: “Mən sadəcə olaraq xarici xadimlərin çıxışlarına və xaricdən maliyyə axınına nəzarət etdim, müxalifət isə nəticədə öz-özünə zəiflədi”.

Solovyov deyib ki, Azərbaycan prezidentinin QHT-lərə dair illüziyası yoxdur.

Söhbət zamanı İlham Əliyev Birinci xanım Mehriban Əliyevanın nəyə görə vitse-prezident təyin edildiyi haqda da danışıb. “O, dedi ki, bir tərəfdən bu, status-kvonun möhkəmləndirilməsi idi, çünki Mehriban Əliyeva ölkə üçün çox işlər görüb və görür. Habelə məqsəd bu idi ki, bizim onlar kimi olmadığımızı göstərək”-Solovyov sitat gətirib. Onun sözlərinə görə, İlham Əliyevin siyasi islama münasibəti çox sərtdir, bunu heç yaxına da buraxmır.

Solovyovun danışdıqlarından: “Azərbaycan prezidenti üçün Qarabağın kimə məxsus olması məsələsi prinsipial olaraq qoyula bilməz, onun bu barədə hər hansı başqa mövqeyi istisnadır. O, Azərbaycanın beynəlxalq arenada hərəkətlərini izah etdi, dedi ki, nə qədər Dağlıq Qarabağ problemi var, Bakı ərazi bütövlüyü prinsipinə qarşı səs verə bilməz. Ona görə də o cümlədən Ukraynanın ərazi bütövlüyünə səs verir. Sonra söhbət işğal edilmiş regionlardan düşdü. Bu barədə mənim mövqeyim aydındır-hərbi həllin yolverilməzliyi. İlham Əliyev isə dedi ki, Azərbaycan bu gün hərbi planda istənilən vəzifəni icra edə bilər və Qarabağda nə baş verdiyini görür. Mən başa düşdüm ki, o, münaqişənin həllində heç yana tələsmir, düşüncə kateqoriyası 10-20 ili əhatə edir və nə qədər lazımsa o qədər gözləyəcək. Çünki məsələ mürəkkəbdir, ancaq həll olunmalıdır”.

Solovyov qeyd edib ki, söhbət zamanı Rusiya ilə Azərbaycan arasında partnyorluq münasibətlərindən də danışılıb. “Mən dedim ki, Rusiya Azərbaycanı heç vaxt satmaz, o etiraz etdi, dedi ki, “Putin heç vaxt satmaz”. Və mənim etiraz etməyə sözüm yoxdur”-aparıcı bildirib.

Ümumiyyətlə, Solovyov İlham Əliyevlə söhbətin çox maraqlı keçdiyini deyib. Qeyd edib ki, Azərbaycan prezidenti gözəl ailə başçısıdır, yaraşıqlıdır, ağıllıdır, çox dərin təhsilə malikdir və ölkəsi qarşısında böyük məsuliyyət hiss edən dövlət xadimidir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *