İslam Oyunları zamanı Bakı metrosu kimlər üçün pulsuz olacaq?
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Bakı Metropoliteni daha bir yenilik edəcək.
AzNews.info-nun xəbərinə görə, bu barədə Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, oyunlar ərəfəsində, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günlərində xüsusi geyim formasında olan könüllülər və Oyunların xüsusi buraxılış vərəqəsi olan akkreditə olunmuş nümayəndələri metropoliten stansiyalarından pulsuz istifadə edəcəklər.
“IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri keçirilən günlərdə isə metronun “Koroğlu” stansiyası mərasimdən çıxan iştirakçılar üçün pulsuz olacaq”, - N.Paşayev deyib.
Mənbə:> Trend