Bakıda maraqlı olay: 8 il imtahandan kəsilən qız TQDK-nı məhkəməyə verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Təhsil

Bakıda maraqlı olay: 8 il imtahandan kəsilən qız TQDK-nı məhkəməyə verdi

Bakıda maraqlı olay: 8 il imtahandan kəsilən qız TQDK-nı məhkəməyə verdi

Azərbaycanda daha bir vətəndaş maraqlı iddia ilə məhkəməyə müraciət edib.

Femida.az xəbər verir ki, Bakı sakini Əsgərova Fəridə Faiq qızı 8 il ardıcıl tələbə adını qazanmaq üçün imtahan varib. Hər dəfə test imtahanından kəsilən vətəndaş növbəti il test imtahanından tələb olunan balı toplayıb. Aktyorluq ixtisası üzrə təhsil almaq istəyən Fəridə Əsgərova qabilliyyət imtahanına buraxılmayıb. Buna səbəb kimi isə onun seçdiyi qiyabi təhsil üzrə yaşının tələb olunan normalardan az olması göstərilib. Bu qərardan narazı qalan vətəndaş Dövlət İmtahan Mərkəzini (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) məhkəməyə verib.

O, məhkəmədən 95 min manat məbləğində təzminat tələb edib.

Bakı Apelyasiya Məhkəməsində hakim Hәmid Hәmidovun sədrliyi ilə keçirilən prosesdə vətəndaşın iddiası təmin olunmayıb. Bundan sonra Fəridə Əsgərovanın atası və yaxınları hakimə etiraz ediblər. Bununla ürəyi soyumayan valideyn hakimə “Sizi Allaha tapşırıram, Allahın dәrgahında nә deyәcəksәn?!” deyib.

Valideyn 95 min manat təzminatla övladını xaricdə oxutmaq niyyəti olduğunu da vurğulayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *