DNT ekspertizası Peterburq terrorçusunun şəxsiyyətini təsdiq edib » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Kriminal

DNT ekspertizası Peterburq terrorçusunun şəxsiyyətini təsdiq edib

DNT ekspertizası Peterburq terrorçusunun şəxsiyyətini təsdiq edib

DNT ekspertizası Sankt-Peterburq metrosunda terror aktı törədən Akbarjon Cəlilovun şəxsiyyətini təsdiq edib.

Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko məlumat verib.

Bildirilir ki, Akbarjon Cəlilovun şəxsiyyətini həmçinin onun valideynləri də tanınma proseduru zamanı təsdiqləyiblər.

Hazırda istintaq Peterburq metrosunda partlayıcı qurğunu işə salmaqda şübhəli bilinən terrorçunun əlaqələrini araşdırır.

Qeyd edək ki, Sankt-Peterburq metrosunda partlayış aprelin 3-də baş verib. Partlayıcı qurğu metronun “Texnologiçeskiy institut” və “Sennaya ploşad” stansiyaları arasında işə salınıb. Partlayış zamanı 14 nəfər ölüb. İstintaqın versiyasına görə, 22 yaşlı Akbarjon Cəlilov özünü vaqonun içində partladıb.

Cəlilov 1995-ci ildə Qırğızıstanda anadan olub, Rusiya vətəndaşıdır, milliyətcə isə özbəkdir. Onun ailəsi Qırğızıstanda yaşayır. A.Cəlilov 2011-ci ildə Rusiya vətəndaşlığını alıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *