Sankt-Peterburqda partlayışı 23 yaşlı Orta Asiya nümayəndəsi törədib
Sankt-Peterburq metrosunda bazar ertəsi, aprelin 3-də partlayış törətmiş şəxsin kimliyi məlum olub.
Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, partlayışı törədən kamikadzedir və o, üstünə bağladığı partlayıcı qurğunu partladıb.
“Versiyalardan birinə görə, kamikadze Orta Asiya ölkələrindən birinin 23 yaşlı vətəndaşıdır”, - mənbə bildirib.
Partlayıcı qurğunun kamikadzenin kürəyində daşıdığı çantaya yerləşdirdiyi bildirilir.
Mənbə:> Virtualaz.org