Azərbaycanda dövlət başçısının şərəf və ləyaqətini ləkələməyə görə cəza sərtləşdirilir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Rəsmi

Azərbaycanda dövlət başçısının şərəf və ləyaqətini ləkələməyə görə cəza sərtləşdirilir

Azərbaycanda dövlət başçısının şərəf və ləyaqətini ləkələməyə görə cəza sərtləşdirilir

Azərbaycanda dövlət başçısının şərəf və ləyaqətini ləkələməyə görə nəzərdə tutulan cəza sərtləşdirilir.
AzNews.info Report-a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişiklik layihəsinə əsasən, Azərbaycan dövlətinin başçısının - Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmaya görə 1500 manatdan 2500 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Hazırkı qanunvericiliyə əsasən, bu məbləğ 500 manatdan 1000 manatadək miqdarındadır.

Bu əməllərin internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə 2 min manatdan 3 min manata qədər olması təklif edilir. Hazırda isə bu məbləğ 1000 manatdan 1500 manatadəkdir.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *