Sarkisyan Birləşmiş Ərəb Əmirliklərinə getdi
Ermənistan prezidenti Serj Sarkisyan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gedib. Ermənistan prezidentini Əbu-Dabi aeroportunda BƏƏ baş nazirinin müavini, prezident məsələləri üzrə nazir Şeyx Mənsur ibn Zayd əl-Nahayyan qarşılayıb.
Virtualaz.org bildirir ki, xəbəri Novosti Armeniya agentliyi yayıb.
Serj Sarkisyan qarşılanma mərasimindən sonra Şeyx Mənsur ibn Zayd əl-Nahayyan ilə söhbət edib.
Ermənistan prezidenti, həmçinin BƏƏ-nin iqtisadiyyat naziri Sultan əl-Mansur ilə martın 22-də keçiriləcək "Ermənistan - Birləşmiş Ərəb Əmirlikləri" investisiya forumu haqda danışıqlar aparıb.
Xatırladaq ki, forumun keçirilməsi barədə razılıq Ermənistan prezidentinin BƏƏ-yə keçən ilin sonunda reallaşan rəsmi səfəri zamanı əldə olunmuşdu.
Mənbə:> Virtualaz.org