Hollandiya azərbaycanlını cəzalandırır: Ermənistanı tənqid etdiyi üçün » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Hollandiya azərbaycanlını cəzalandırır: Ermənistanı tənqid etdiyi üçün – FOTO

Hollandiya azərbaycanlını cəzalandırır: Ermənistanı tənqid etdiyi üçün

Erməni diasporu özünün bütün resurslarını və dostlarını səfərbər edir ki, Hollandiyada məhkəmə Niderlanddakı Azərbaycan-türk icmasının rəhbəri İlhan Aşkın barəsində ittiham hökmü çıxarsın.

Məhkəməyə müraciətin səbəbi, virtualaz.org-un dəfələrlə yazdığı kimi, İlhan Aşkının etiraz aksiyasında dediyi "Qarabağ ermənilərin qəbiri olacaq" sözləri olub.

Aşkın özü hesab edir ki, onun fikri heç cür Niderlandların erməni əhalisinə qarşı zorakılığa çağırışı nəzərdə tutmur. Amma erməni silahlı qruplaşmalarının Azərbaycan ərazilərini tutmasına və Qarabağın Azərbaycan əhalisinə qarşı törətdiyi terrora görə hiddətinin ifadəsidir.

Hollandiya azərbaycanlını cəzalandırır: Ermənistanı tənqid etdiyi üçün

Məhkəmə iclası zamanı

İlhan Aşkın virtualaz.org-a bildirib ki, yüngül məhkəmə gözləmir, xüsusən də Hollandiya və Türkiyə arasında münaqişədən sonra, hansı ki, bu işə təsir edə bilər: "Prokuror artıq cəzadan danışdı. Mənə 80 saatlıq ictimai iş və ya 14 gün – iki illik sınaq müddəti ilə şərti azadlıqdan məhrumedilmə cəzası verilə bilər. Biz, təbii, belə cəza ilə razılaşmayacaq və Niderlandlın Ali Məhkəməsinə, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edəcəyik. Biz bu məsələdə haqlıyıq və istəyərdik ki, bizi daha aktiv dəstəkləsinlər. Bu yalnız mənim problemim deyil, bu bizim millətimizin problemidir".

Aşkın qeyd edib ki, Azərbaycanın və Türkiyənin dəstəyini həmişə hiss edir. "Qarabağa yol belə məhkəmə işlərindən keçir, biz haqlı olduğumuzu sübut etməliyik".

Hollandiya azərbaycanlını cəzalandırır: Ermənistanı tənqid etdiyi üçün


Qeyd edək ki, İ.Aşkının işi ilə bağlı məhkəmə martın 17-də hökm çıxaracaq.

Öz növbəsində AzNed.nl saytının rəhbəri Nərminə Mərdanova virtualaz.org-a deyib ki, erməni tərəfi İ.Akşına qarşı fəal mübarizə aparır və bu işə yerli KİV-i də cəlb edir: "Bundan başqa, onlar Aşkının məsələsini Dağlıq Qarabağ münaqişəsinə bağlayırlar".

N.Mərdanova onu da qeyd edib ki, martın 17-də məhkəmənin iclasından birbaşa yayım aparacaq və orada baş verənləri şərh edəcək.

Hollandiya azərbaycanlını cəzalandırır: Ermənistanı tənqid etdiyi üçün


Qeyd edək ki, Türkiyə və Hollandiya arasında kəskinləşmiş münasibətlər fonunda İlhan Aşkının işi xüsusi məna kəsb etməyə başlayıb. Və burada cəza özü o qədər də əhəmiyyətli deyil, ən önəmlisi Aşkının günahkar kimi tanınması faktının rəsmən təsdiqlənməsidir. Bununla əlaqədar istəyərdik ki, Azərbaycanın dövlət strukturlarının nümayəndələri bu məsələ ilə daha fəal məşğul olsunlar.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər



Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *