Baş həkim: "Azərbaycan səhiyyəsi Almaniya səhiyyəsindən çox inkişaf edib" » AzNews.info -Xəbər portalı

Baş həkim: "Azərbaycan səhiyyəsi Almaniya səhiyyəsindən çox inkişaf edib"

Baş həkim: "Azərbaycan səhiyyəsi Almaniya səhiyyəsindən çox inkişaf edib"


Təcili yardım xidməti əhali üçün pulsuz işləyir

"Biz təriflədiyimiz alman səhiyyəsi ilə Azərbaycan səhiyyəsini müqayisə etsək, mən deyərəm ki, Azərbaycan səhiyyəsi qat-qat inkişaf edib"

İstiPress-in məlumatına görə, bu sözləri Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Sputnik Azərbaycan-a verdiyi müsahibə zamanı deyib. Müsahibədə bir neçə məqama aydınlıq gətirən baş həkim Təcili tibbi yardım maşınlarının gecikməsinin səbəblərindən danışıb:

“Nəzərinizə çatdırım ki, Bakıda 2 milyondan bir qədər artıq əhali var. Bakının qonaqları, şəhərlərdən, rayonlardan gəlib burada işləyənlər, yaşayanlar var. Bununla yanaşı, Qarabağ müharibəsi zamanı xeyli sayda köçkün Bakı şəhərində məskunlaşıb. Təqribi rəqəmlərə görə, bu gün Bakıda qeyri-rəsmi olaraq 5 milyona yaxın adam yaşayır. Əhali bilməlidir ki, “təcili yardım”ın funksiyası nədir və hansı hallarda çağırılmalıdır. Həm də çağırışların pik saatları var. Pik saatı axşam saat 17.00-dan gecə saat 02.00-a və səhər saat 08.00-dan gündüz saat 12.00-a kimi olan vaxtdır. Bu saatlarda intensivlik çox olur. Əgər 1 saat ərzində çağırışın sayı 200-dən artıq olarsa, biz çeşidləmə aparmaq məcburiyyətində qalırıq. Əvvəlcə təcili yardımları, sonra təxirəsalınmazları həyata keçiririk. İnsanlar bizi başa düşmür. Dəfələrlə olub ki, bizim həkim və tibb bacılarımız təzyiqlə qarşılaşıb.”

Rauf Nağıyev onu da qeyd edib ki, təcili yardım xidməti əhali üçün pulsuz olsa da, dövlət üçün bu heç də ucuz başa gəlmir: “Devalvasiyadan öncə bir çağırışın qiyməti orta hesabla 100 manatdan artıq idi. Bura ayrılmış dərman vəsaitlərinin qiyməti, həkimin maaşı, onun geyimi, nəqliyyat vasitəsinin saxlanması, onun yanacağı, təmiri, bizim fəaliyət göstərdimiz binalar, onların təmiri, sertifikatlaşma, avadanlıqların təmiri aiddir. Hamısı dövlət hesabından ayrılmış vəsaitdir”.

Övladının Almaniyada həkim işlədiyini bildirən R.Nağıyev alman səhiyyəsi ilə Azərbaycan səhiyyəsini müqayisə etdikdə Azərbaycan səhiyyəsinin qat-qat inkişaf etdiyini söyləyib:

“Onun oradakı hərəkətlərinə, danışdıqlarına fikir verəndə görürəm ki, haqlıyam. O, Türkiyədə təcrübə keçib, hazırda Almaniyada işləyir. Mən qonşu ölkələrin səhiyyəsinə pisləyə bilmərəm. Bu həkim etikası qaydalarına sığmayan bir iş olar. Hər halda həmkarıq. Bircə onu deyə bilərəm ki, ora gedib qayıdan xəstələr yenidən bizə müraciət edir. Ölkələr var ki, hormonal preparatlar vurulur, müvəqqəti olaraq hormonların hesabına insanın əhval-ruhiyyəsini yüksəldirlər. Bədəndə olan ehtiyatı vaxtından öncə sərf edərək, xəstənin həyatını qısaldırlar. Bizim səhiyyəmizi bəyənmirlər, külli miqdarda xərc çəkib başqa ölkədə müalicə alır və sonda bizim dediklərimiz təsdiqini tapır. Onlar da biz yazdığımız preparatlarla müalicə edirlər”.

Baş həkim: "Azərbaycan səhiyyəsi Almaniya səhiyyəsindən çox inkişaf edib"

Mənbə: İstiPress
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *