Ankara Moskvanı bilərəkdən zərbə endirməkdə günahlandırdı
Türkiyə Silahlı Qüvvələri Baş qərargahı bəyanat verərək bildirib ki, Rusiyanı Suriyanın şimalında zərbələrin endirildiyi yerdə türk hərbçilərinin olması barədə məlumatlandırmışdı.
Virtualaz.org “HaberTürk”ə istinadən xəbər verir ki, məhbəyə görə, türk hərbçilər artıq 10 gündür ki həmin yerdə idilər və mövqelərini dəyişməmişdilər. Rusiya tərəfi bununla bağlı məlumatlandırılmışdı, lakin yenə də həmin əraziyə zərbə endirib.
Aviazərbə nəticəsində 3 türk hərbçisi şəhid olub, daha 11 nəfər yaralanıb.
Mənbə:> Virtualaz.org