Türkiyənin yeni Konstitusiyası Ərdoğana təqdim olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Türkiyənin yeni Konstitusiyası Ərdoğana təqdim olundu

Türkiyənin yeni Konstitusiyası Ərdoğana təqdim olundu

Türkiyənin yeni Konstitusiyasının layihəsi imzalanması üçün ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

Trend-in verdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisində (parlament) keçirilən səsvermədə 339 deputat qanun layihəsinin lehinə, 142 deputat isə əleyhinə səs verib.

Qanun parlamentin vitse-spikeri Əhməd Aydın tərəfindən imzalanıb.

Türkiyə prezidenti 15 gün ərzində qanunu təsdiq və ya rədd etməlidir. Sənəd prezident tərəfindən təsdiq edildiyi halda, qanunun mətni rəsmi mətbuatda dərc olunacaq.

Konstitusiyaya dəyişikliklərlə bağlı referendum, qanun mətninin rəsmi mətbuatda dərc olunduğundan 60 gün sonra, birinci bazar günü keçiriləcək.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *