“Sovetski”də güclü yanğın: Ölən var » AzNews.info -Xəbər portalı

“Sovetski”də güclü yanğın: Ölən var – VİDEO+FOTO (YENİLƏNİB)

“Sovetski”də güclü yanğın: Ölən var


Bakının “Sovetski” kimi tanınan ərazisində güclü yanğın tam söndürülüb.

AzNews.info-nun Report-a istinadən verdiyi məlumata görə, nəticədə 1969-cu il təvəllüdlü Liya Mixailovna Xazitova mənzilində yanaraq dünyasını dəyişib. 1935-ci il təvəllüdlü Raisa Abıtalıbova Vahidovna isə yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Eyni zamanda, hadisədə köməksiz vəziyyətdə qalmış iki nəfər də xilas edilərək xəstəxanaya çatdırılıb.

19:00

Bakının “Sovetski” kimi tanınan ərazisində yanğın nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yanıq xəsarəti alıb.

AzNews.info-nun Report-a istinadla məlumata, yanğın Yasamal rayonu, Həzi Aslanov küçəsi 1/17 ünvanında yerləşən 5 ailənin yaşadığı üçmərtəbəli yaşayış binasında baş verib.

Nəticədə 1969-cu il təvəllüdlü Liya Mixailovna Xazitova mənzilində yanaraq dünyasını dəyişib. 1935-ci il təvəllüdlü Raisa Abıtalıbova Vahidovna isə yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hazırda binanın sakinləri təxliyyə olunur. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 16 yanğınsöndürən maşını cəlb olunub.

Hadisə ilə bağlı qərargah yaradılıb.

Bundan başqa, yanğın baş verən binanın ikinci mərtəbəsində bir qadın, üçüncü mərtəbəsində isə bir kişi köməksiz vəziyyətdə qalıb. Onları xilas etmək üçün hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Eyni zamanda, hadisə yerinə 3 təcili tibbi yardım maşını gəlib.

“Sovetski”də güclü yanğın: Ölən var
“Sovetski”də güclü yanğın: Ölən var
“Sovetski”də güclü yanğın: Ölən var
“Sovetski”də güclü yanğın: Ölən var
“Sovetski”də güclü yanğın: Ölən var
“Sovetski”də güclü yanğın: Ölən var

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *