Ermənistan Bakı-Tiflis-Qars layihəsinə qoşulmaq üçün danışıqlar aparır... » AzNews.info -Xəbər portalı

Ermənistan Bakı-Tiflis-Qars layihəsinə qoşulmaq üçün danışıqlar aparır...

Ermənistan Bakı-Tiflis-Qars layihəsinə qoşulmaq üçün danışıqlar aparır...

Ermənistan Bakı-Tiflis-Qars dəmiryol dəhlizinə qoşulmağa maraq göstərir.

Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistanın nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri Vaan Martirosyan bildirib.

Nazirin sözlərinə görə, Gürcüstan dəmir yollarını Türkiyə dəmir yolları ilə birləşdirəcək Qars-Axalkalaki xəttinin tikilməsindən sonra İrəvanErmənistan və Türkiyə arasında bu xəttlə daşınmaların gerçəkləşməsi üçün danışıqlara başlayacaq.

Xatırladaq ki, Qars-Axalkalki xətti Bakı-Tiflis-Qars dəmir yol dəhlizinin bir hissəsidir. Hazırda həmin xəttin tikintisi gedir.

Ermənistan Bakı-Tiflis-Qars layihəsinə qoşulmaq üçün danışıqlar aparır...


Gürcüstan və Rusiya hissəsində tikinti işlərinin ləngiməsi, nəticədə Bakı-Tiflis-Qars dəmir yolunun işə salınmasının dəfələrlə təxirə salınması məlumdur. Xəttin tikintisi üçün Azərbaycan dövlti Gürcüstana 1 milyard dollara yaxın güzəştli kredit ayırıb. Bu dəmir yol xətti strateji əhəmiyyət daşıyır, İpək Yolu dəhlizi ilə beynəlxalq yükdaşımaları artırmaqla yanaşı Ermənistanın layihədən kənarda qalması onun təcrid olunmasını daha da möhkəmləndirəcək.

Bəs Qarabağ münaqişəsi həll edilmədiyinə və kommunikasiyalar açılmadığına görə Ermənistan Azərbaycanın əsasən maliyyələşdirdiyi bu nəqliyyat dəhlizinə necə qoşula bilər?

Vaan Martirosyan “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında deyib ki, Qars-Axalkalaki xətti ilə Ermənistandan Türkiyəyə və geriyə yük daşımaları ilə məsələn, Gürcüstan dəmiryolu şirkəti məşğul ola bilər.

Ermənistan Bakı-Tiflis-Qars layihəsinə qoşulmaq üçün danışıqlar aparır...


“Bu istiqamətdə danışıqlar aparılacaq. Nəticələr barədə sizi məlumatlandıracağıq. Ermənistanın başqa dövlətlərlə ticarət dövriyyəsini artmasına yardım göstərə bilən istənilən saziş, razılaşma, əmin olun, müzakirə edilir”, – nazir deyib. Rəsmi olaraq Ermənistanın Türkiyə ilə sərhədləri bağlıdır, bu iki ölkə arasında münasibətlər Qarabağ məsələsinə görə mövcud deyil. Lakin belə məlum olur ki, TürkiyəErmənistanın ən iri ticarət tərəfdaşlarından biridir.

Ermənistanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-noyabr aylarında Türkiyə-Ermənistan arasında ticarət dövriyyəsi 145,4 milyon dollar olub. Bu, 2015-ci ilin eyni dövri ilə müqayisədə 17 faiz çoxdur. Bu göstəricilərə görə, Türkiyə Ermənistanın 7-ci ən iri ticarət tərəfdaşıdır. Çox maraqlıdır ki, erməni-türk ticarəti, az qala, əsrin dördə biri qədər bir müddətdə sərhədlərin bağlı olması fonunda gerçəkləşib. Ankara Qarabağ münaqişəsinə görə 1993-cü ilin aprelində Ermənistanla sərhədi bağlayıb.
Ermənistan hökuməti isə nəqliyyat blokadasından çıxa bilmək üçün İranla da əlaqələri dərinləşdirməyə can atır, belə ki, bu ilin sonunda qonşu ölkə ilə sərhəddə “azad iqtisadi zona” yaratmaq niyyətindədir. İqtisadi inkişaf və investisiya nazirinin müavini Ovanes Əzizyanın sözlərinə görə, azad ticarət zonası İran sərhədinin bir neçə kilometrliyində yerləşən Syunik əyalətinin kiçik şəhəri olan Agarakda yaradılacaq.

“Bu, turizmə şərait yaratmaq və hər hansı gömrük öhdəliyi olmadan adamları mal almağa həvəsləndirmək üçün vacibdir”, – Əzizyan müxbirlərə deyib. “Biz həmçinin gözləyirik ki, İran tərəfi azad ticarət zonasında Avrasiya İqtisadi Birliyi və Avropa kimi digər bazarlar üçün məhsul hazırlanmasına maraq göstərəcək”, – nazir müavini əlavə edib.

Ovanes Əzizyanın sözlərinə görə, bəzi İran şirkətləri artıq bu zonaya maraq göstərib. Nazir müavini ümid edir ki, bu layihə Ermənistanınİranla ticarət əlaqəsini daha da gücləndirəcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *