Azərbaycan və İran ticarət əməliyyatlarını endirimlə aparacaq
"Bir ay öncə cənab Prezidentlə görüşdük və qərara aldıq ki, iqtisadiyyatlarımızı yaxınlaşdıraq".
"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan-İran biznes forumunun açılış mərasimində çıxış edən İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Mahmud Vaezi deyib.
M.Vaezinin sözlərinə görə, hər iki ölkə bir-birinə lazım olan məhsulların alqı-satqısında endirim edə bilər: "Biz qərara aldıq ki, əgər hər hansı məhsulu İran başqa ölkədən idxal edir və həmin məhsulu Azərbaycan ixrac edirsə, onu Azərbaycandan alaq. Həmçinin, bəzi kənd təsərrüfatı məhsulları var ki, onları İran başqa ölkələrdən daha ucuz idxal edir. Düşünürük ki, müştərək komissiya yaradıb, bu məhsulların qiymətini uyğunlaşdırmaq olar".
Mənbə:> Report