Rüşvət almaqda ittiham olunan nazirə elektron bilərzik taxdılar
Rüşvət almaqda ittiham olunan və məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılan Rusiyanın İqtisadi inkişaf naziri Aleksey Ulyukayevə hərəkətinin izlənməsi üçün elektron bilərzik taxılıb.
Trend xəbər verir ki, Moskvanın İctimai Nəzarət Komissiyasının sədr müavini Yeva Merkaçeva deyib ki, bu tədbir Ulyukayevin hərəkətinin izlənməsi üçün görülüb: "Bilərzik müasir və etibarlıdır. Ondan azad olmaq çətindir, həm də nəsə baş verəcək olsa, dərhal siqnal məntəqəyə daxil olur".
A.Ulyukayev məhkəmədə günahını etiraf etməyib.
Mənbə:> Trend