Ukrayna və Azərbaycan Prezidentləri arasında telefon danışığı olub
Petr Poroşenko Azərbaycan Prezidentini Ukraynaya rəsmi səfərə dəvət edib.
Ukrayna Prezidenti Petr Poroşenko ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
AzNews.info Reporta istinadən xəbər verir ki, Petr Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevi 9 noyabr Dövlət Bayragı Günü münasibətilə təbrik edib.
Tərəflər danışıqlar zamanı iyulun 14-də Bakıda keçirilmiş görüşün nəticələrindən məmnunluqlarını ifadə ediblər. Ukraynanın dövlət başçısı Azərbaycan Prezidentinə bu ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib.
Dövlət başçıları həmçinin BMT və digər beynəlxalq təşkilatlarda koordinasiya və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.
Petr Poroşenko İlham Əliyevi Ukraynaya rəsmi səfərə dəvət edib.
Mənbə:> Report