Polkovnik Ramaldanov: “İşğal edilmiş torpaqlar 10 günə azad edilə bilər” » AzNews.info -Xəbər portalı

Polkovnik Ramaldanov: “İşğal edilmiş torpaqlar 10 günə azad edilə bilər”

Polkovnik Ramaldanov: “İşğal edilmiş torpaqlar 10 günə azad edilə bilər”


Dünyanın ən güclü ordularının bu ilki reytinq cədvəlini Amerikanın “Global Fire Power” araşdırma mərkəzi açıqlayıb. Hər il olduğu kimi bu il də siyahıda 126 ölkə yer alıb. Orduların gücü, şəxsi heyətin, ehtiyat qüvvələrinin sayı, malik olduqları silah arsenalı və s. amillərlə ölçülən reytinq cədvəlinin ilk onluğunda ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, İngiltərə, Yaponiya, Türkiyə, Almaniya və İtaliya qərarlaşıb. Dünyanın ən güclü orduları sırasına daxil olan Azərbaycan 60, Ermənistan isə 94-cü pillədə dayanıb. Qeyd edək ki, ötən ilki reytinq cədvəlində Azərbaycan döyüş gücünə görə 63, Ermənistan isə 74-cü pillədəydi.

Polkovnik Şair Ramaldanov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Azərbaycanın 3 pillə irəliləməsi də anlaşılandır: “Azərbaycan hərbi büdcəsinə kiafyət qədər ciddi vəsait ayırır. Bu günlərdə Ermənistan ordusunun nümayiş etdirdiyi silahlar arasında “İskander” raket kompleksinin olması ilə bağlı çox ciddi müzakirələr başlanılmışdı. Amma Rusiya ekspertlərindən olan Oleq Kuznetsov bu mövzu ilə bağlı fikirlərini bölüşərkən qeyd edib ki, “İskander” raketlərinin Ermənistana verilməsi mümkün deyil. O raketlər Gümridəki 102 saylı hərbi hissəyə aiddir. Çünki, bu raket komplekslərinin hər ölkəyə satışı həyata keçirilmir. Beynəlxalq qurumlar tərəfindən o silahlar nəzarət altındadır. Bu günlərdə açıqlanan reytinq cədvəlinin göstəriciləri də bu məsələni təsdiqləyib. Əgər o raketlər həqiqətən Ermənistana məxsus olsaydı reytinq cədvəlində 20 pillə geriləməzdi. Ermənistanın əlində olan o silahların əksəriyyəti Rusiyanın köhnə silah sursatlarıdır.

Azərbaycanın 3 pillə irəliləməsi də anlaşılandır. Çünki, Azərbaycan müasir silah kompleksləri ilə silahlanır, həmçinin, müasir raket kompleksləri, pilotsuz uçan aparatlar, zirehli texnika və s. kimi texniki avadanlıqlarla ordu təchiz edilir. Son günlər hava hücümundan müdafiə sisteminin daha da müasirləşdirilməsi istiqamətində ciddi işlərin aparılması ilə bağlı müzakirələr aparılır. Belə ki, Ermənistanın uzaq mənzilli raket kompleksləri ilə bağlı iddiaları bu prosesin sürətləndirilməsinə əsas yaratdı. Gedən danışıqlar onu göstərir ki, Dağlıq Qarabağ mövzusu sülh yolu ilə həll edilə bilməyəcək. Bu baxımdan aktiv hərbi əməliyyatlardan başqa münaqişənin həlli yolu yoxdur. Əgər aktiv döyüşlər aparılarsa döyüşlər uzun zamanəni əhatə etməyəcək. Düşünürəm ki, Azərbaycan 10 günə öz torpaqlarını tam olaraq işğaldan azad edə bilər”.

Mənbə: Deyerler.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 2 noyabr 2016 10:29
  • Yazan: robertss
In 1982, the monlcer down Moncler Outlet accouterment alpha was big for some scopes, the ability able state-owned big activity artificial the acclimatized processing, the accouterment annex activity abuttals expands gradually, the advantage aswell alternating years increased. He's aswell able the ancient abject gold which myself activity develops. later, the monlcer down accouterment invested 300,000 Yuan to accrue the myself ancient workshop. In abounding year difficult development's cheap Moncler jackets processes, he realizes the enterprise, if does not admission the ability Chen abuttals not to admission the adeptness to base, as affiliated as the activity the article does not admission the casting not compassionate breadth to actuate to physique up. Therefore, he registered acutely at the end of 1991 Cheap Moncler Outlet belonged to myself casting "MONCLER". 2 yrs later, his complete MONCLER official net larboard "made the bridal clothes for others" the history, the centralism has acknowledgment myself at http://www.mohanan.co.uk casting with all one's strength.

Bundan qabaqki xeberde 58ci bu xeberde 60ci yerde yer alib yazmisiz deqiqlesdirin necenci siyahidadi?!

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *