Qırğızıstandan Çavuşoğluya sərt cavab
AzNews.info xəbər verir ki, Çavuşoğlunun bəyənatına Qırğızıstan Xarici İşlər Nazirliyi rəsmi münasibət bildirib:
Biz Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun Qırğızıstandakı təhsil müəssisələri haqqındakı bəyənatını diqqətlə araşdırdıq.
Türkiyə Qırğızıstana qardaş ölkələrdən biridir və xalqlarımız arasında dərin tarixi köklərə dayanan əlaqələr mövcuddur.
Türk rəsmilərinin narahatlığını anlayışla qəbul edirik. Lakin, eyni zamanda bildirmək istərdik ki, Qırğızıstan ilk növbədə, müstəqil, suveren bir dövlətdir və nəyin yaxşı və pis olması barədə özü qərar qəbul etməyə qadirdir. Hər hansı bir dövlətin xarici işlər nazirinin digər dövlətə nə etmək lazım olduğunu şantaj və ultimatum yolu ilə göstəriş etməsi düzgün saymırıq.
Düzdür, Qırğızıstan Xarici İşlər Nazirliyi ölkə ərazisindəki təhsil müəssisələri ilə bağlı, türk rəsmilərindən müraciət alıb. Qırğızıstan tərəfi bu müraciəti diqqətlə araşdırır və lazım gələrsə adekvat addımlar atacaq. Bununla belə, beynəlxalq normalar, tərəflərin vəzifə və öhdəlikləri və digər məsələlər mövcuddur. Bir daha qeyd etmək istərdik ki, bütün bunlar Qırğızıstanın daxili işidir.
Mənbə:> AzNews.info