Laçınsız 24 il » AzNews.info -Xəbər portalı

Laçınsız 24 il

Laçınsız 24 il


Bugün Laçın rayonunun işğalından 24 il ötür.

AzNews.info xəbər verir ki, Azərbaycanın qala qapısı sayılan Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 24 il keçir. İşğal nəticəsində 1835 kv.kilometrlik ərazi zəbt edildi, yüzlərlə maddi mədəniyyət nümunəsi erməni vandalizminə tuş gəldi,65 min laçınlı doğma yurd yerlərindən didərgin düşdü.
1992-ci ilin mayında Ermənistan Silahlı qüvvələri Qarabağın Dağlıq hissəsində Azərbaycanın qədim mədəniyyət və musiqi mərkəzi Şuşanı ələ keçirtməklə bütün yuxarı Qarabağ işğal etdi. Bundan sonra erməni hərbi birləşmələri qəsb etdikləri torpaqlarda möhkəmlənmək və Qarabağın Dağlıq hissəsi ilə Ermənistanı birləşdirmək üçün Laçın rayonuna aramsız hücumlara başladı. Şuşa kimi Laçın da mühüm hərbi –strateji əhəmiyyət kəsb edirdi. Məhz bunu nəzərə alan düşmən mayın 13 –ü və 14 –də zirehli texnikalar, Mi -24 vertolyotlarının müşayiəti ilə Qayğı qəsəbəsi və laçın şəhərini bombardman etdi. Laçının hədəf seçildiyi həmin günlərdə isə Bakıda hakimiyyət uğrunda Mütəllibovla AXC arasında gərgin mübarizə gedirdi və bu , mənfur düşmənin işğalçılıq planlarının reallaşmasına əlavə imkanlar yaradırdı.
Xüsusilə, mayın əvvəllərində Laçında ön mövqelərdə olan hərbi texnika, döyüş sursatı və canlı qüvvənin AXC rəhbərliyi tərəfindən Bakıya çağrılması hərbi –siyasi üstünlüyü bütünlüklə Ermənistanın xeyrinə dəyişdi və Laçını gözləyən süqutu daha da yaxınlaşdırdı. 1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni silahlı birləşmələri mayın 18-də rayonu işğal etdi. Laçının düşmən əlinə keçməsi müharibənin Dağlıq Qarabağ hüdudlarından çıxdığını, Ermənistanın işğalçılıq niyyətlərinin daha böyük olduğunu göstərdi. Sonralar Laçın dəhlizi ilə Qarabağa gətirilən silah, döyüş sursatı və hərbi qüvvələr erməni təcavüzünün miqyasını daha da genişləndirdi, ətraf rayonların taleyini təhlükə altında qoydu. Azərbaycanın qala qapısı sayılan Laçının süqutu nəticəsində 1835 kv. kilometr ərazi işğal olundu.262 nəfər həlak oldu,67 nəfər itkin düşdü,48 sənaye,63 kənd təsərrüfatı müəssisəsi, 217 mədəniyyət, 103 təhsil, 142 səhiyyə ocağı dağıdıldı, talan edildi. 65 min laçınlı doğma yurdlarından didərgin düşdü.
Bu gün Respublikamızın 58 şəhər və rayonunda məskunlaşan laçınlılar dövlət qayğısı ilə əhatə olunublar. Ağcabədi rayonunun Taxtakörpü ərazisində 552 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbə prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Lakin laçınlılar doğma yurd yerlərinin həsrəti ilə yaşayır və erməni işğalına son qoyulacaq günü səbirsizlikə gözləyirlər Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti isə yalnız ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra olduğu kimi dünyaya çatdırıldı. Bu gün həmin siyasətin davamlı olması nəticəsində artıq dünyada diplomatik mənzərə bütünlüklə Azərbaycanın xeyrinə dəyişib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi də bu həqiqəti bir daha təsdiqləyir. Azərbaycan dövlətinin artan beynəlxalq nüfuzu və hərbi qüdrəti Laçının ,o cümlədən işğal altında olan digər ərazilərimizin azad olunmasına əminlik ifadə edir .

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *