Nazir əmr verdi: “Düşmənin bütün hərbi obyektləri vurulsun” » AzNews.info -Xəbər portalı

Nazir əmr verdi: “Düşmənin bütün hərbi obyektləri vurulsun”

Nazir əmr verdi: “Düşmənin bütün hərbi obyektləri vurulsun”


“Bütün qoşunlara düşmənə qarşı cavab zərbəsi endirmək əmr edilib”.

AzNews.info atv.az-a istinadən xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib. Onun sözlərinə görə, Ermənistan hərbi birləşmələri artıq iki gecədir BM-21 yaylım atəşləri sistemindən də yaşayış kəndlərini atəşə tuturlar:

“İri çaplı silahlardan atırlar. Minaatanlardan, o cümlədən D-20 və D-30 haubitsalarından atırlar. Hətta iki gecədir artıq BM-21 yaylım atəşləri sistemindən də atırlar. Əsasən atılan mərmilər yaşayış kəndlərinə düşür. Mülki əhalinin yaşadığı kəndlərə düşür. Müdafiə naziri tərəfindən tapşırıq verilib. Bütün qoşunlara əmr verilib ki, düşmənə qarşı cavab zərbəsi açılsın. Və vurulan atəş ancaq onların hərbi obyektlərinə və yaşayış məntəqələrində gizlətdikləri hərbi nöqtələr vurulmalıdır. Cavab tədbirləri görülür”.

Mənbə: ATV.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *