"Məsələnin bir həll yolu var: Azərbaycan torpaqları qaytarılsın" » AzNews.info -Xəbər portalı

"Məsələnin bir həll yolu var: Azərbaycan torpaqları qaytarılsın"

"Məsələnin bir həll yolu var: Azərbaycan torpaqları qaytarılsın"


ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı vəziyyəti müzakirə edərkən danışıb.

"Cəbhə xəttində yaranmış vəziyyətin həll yolu Azərbaycan torpaqlarını geri qaytarmaqdan ibarətdir"
Onun sözlərinə görə, ABŞ daim ATƏT-in Minsk qrupunu dəstəkləyir və istəyir ki, sülhə nail olmaq üçün danışıqlar baş tutsun. "Biz Azərbaycan və Ermənistan prezidentlərinin atəşkəsə hazır olmaları barədə bəyanatlarını alqışlayırıq. Bu məsələ sülh yolu ilə həll olunmalıdır. Bunun üçün Ermənistan ordusunun işğal olunmuş ərazilərdən çıxarılması, torpaqların Azərbaycana qaytarılması lazımdır", - deyə Uorlik bildirib.

O həmçinin əlavə edib ki, müharibə ilə heç nəyə nail olmaq mümkün deyil. Çünki döyüşlər təkcə hərbçilərə deyil, həm də mülki vətəndaşlara təsir edir.

C.Uorlik bu gün vasitəçilərin təmas xəttində yaranmış gərginliyi Azərbaycan Prezidenti, xarici işlər naziri və müdafiə naziri ilə müzakirə etdiklərini bildirib.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov, Pyer Andrünü və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kasprşiki qəbul edib.

Görüşdə həmsədrlər cəbhə xəttində atəşkəs razılaşmasının əldə olunması qərarını alqışlayıblar.

Həmsədrlər bildiriblər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırda aparılan danışıqlar daha intensiv xarakter almalı və bu danışıqlar nəticəsində münaqişə tezliklə öz həllini tapmalıdır.
Təmas xəttində gərginlik aprel ayının 2-si gecə saatlarından başlayıb. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib. Düşmənin qərargah məntəqəsi dağıdılıb, ermənilərə məxsus onlarla hərbi texnika, o cümlədən tank və artilleriya, mühəndis qurğuları məhv edilib, yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *