Qarabağ döyüşçüləri: Cənab Ali Baş Komandanımızın əmrini gözləyirik! » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Qarabağ, Hərbi

Qarabağ döyüşçüləri: Cənab Ali Baş Komandanımızın əmrini gözləyirik!

Qarabağ döyüşçüləri: Cənab Ali Baş Komandanımızın əmrini gözləyirik!

“Ordumuzun yanındayıq.”

Cəbhədə baş verən son hadisələrlə bağlı Qarabağ müharibəsi döyüşçüləri, veteranları, əlilləri, şəhid ailələri, Əfqanıstan veteranları, ehtiyatda olan zabitlərin birləşdiyi təşkilatlar bəyanatla çıxış eləyiblər.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, baş verənləri müzakirə edən təşkilat rəhbərlərinin birgə açıqlamasında qeyd olunub ki, aprelin 2-nə keçən gecə Qarabağda erməni separatçıları tərəfindən növbəti dəfə atəşkəs rejimi pozulub.

"Dinc əhali iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Mülki əhali arasında itkilər olub.

Dəfələrlə olduğu kimi, son zamanlarda da baş verənlərin qarşısını almaq üçün beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu konkret iş görmədi.

Bu səbəbdən də azğınlaşmış düşmənin qarşısını almaq üçün Azərbaycan ordusu cavab tədbirləri görüb. Düşmən ağır itkilər verərək əvvəlki mövqelərindən geri çəkilib".

Açıqlamada o da qeyd edilib ki, bütün Qarabağ döyüşçüləri, hərbiyönümlü təşkilat rəhbərləri bəyan edir ki, baş verən hadisələrin əsas günahkarları işğalçı Ermənistan və onun havadarlardır:

“Dəfələrlə atəşkəsi pozan, dinc insanlarımızı atəşə tutaraq qətlə yetirən ermənilər bir gün cavablarını almalıydılar. Və aldılar! Biz hər zaman olduğu kimi, yenə də ordumuzun, Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin yanındayıq! Torpaqlarımızın azad olunması yolunda hər bir əmrə hazırıq. Cənab Ali Baş Komandanımızın əmrini gözləyirik"!

Açıqlamada şəhidlərimiz hörmət və ehtiramla anılıb.

Bəyanatı “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri”, “Azərbaycan 20 yanvar”, “Azərbaycan Vətən Müharibəsi Veteranları”, “Qarabağ qaziləri”, “Əfqanıstan Veteranları İttifaqı”, “Çernobıl Əlillər”, “Ehtiyatda Olan Zabitlər Konfederasiyası”, “Tərxis olunmuş Hərbiçilərin və Gənclərin Maarifləndirilməsi”, “Azərbaycan Beynəlmiləlçi Döyüşçülər Fondu”, “Azərbaycanda Minadan Zərəçəkənlərin Assosiasiyası” birliklərinin rəhbərləri və nümayəndələri imzalayıblar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *