Türkiyədə terror: Ölənlərin və yaralananlar var – VİDEO
Türkiyənin Diyarbəkir şəhərində avtovağzalın yaxınlığında polis maşını hərəkət edərkən partlayış baş verib.
Oxu.Az Türkiyə KİV-ə istinadən məlumat verir ki, hadisə nəticəsində 7 polis ölüb, 27 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.
Bundan əvvəl 6 polisin öldüyü, 23 nəfərin isə yaralandığı bildirilirdi.
Şahidlər hadisənin avtomobildə olan partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyini bildirirlər.
“CNN Turk” telekanalının məlumatına əsasən, partlayışdan sonra Türkiyə Silahlı Qüvvələri PKK-ya qarşı genişmiqyaslı əməliyyata başlayıb.
Həmçinin qeyd olunur ki, bu gün Diyarbəkir vilayətində Türkiyənin üç naziri - inkişaf naziri Cevdet Yılmaz, ətraf mühit və şəhərsalma naziri Fatma Güldemet Sarı, mədəniyyət və turizm nazir Mahir Ünal olublar.
Mənbə:> Oxu.Az