Yuşenko: Dağlıq Qarabağ müharibəsində bir təcavüzkar var, o da Rusiyadır » AzNews.info -Xəbər portalı

Yuşenko: Dağlıq Qarabağ müharibəsində bir təcavüzkar var, o da Rusiyadır

Yuşenko: Dağlıq Qarabağ müharibəsində bir təcavüzkar var, o da Rusiyadır


Qərbin Ukraynaya maddi yardım göstərməyə çalışmasına və Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə baxmayaraq, əsas geosiyasi münaqişə bu şəkildə həll olunmur.

Oxu.Az xəbər verir ki, bu barədə “Narıncı inqilab”ın lideri, Ukraynanın üçüncü prezidenti Viktor Yuşenko “Qordon” nəşrinə müsahibəsində bildirib.

“Bu gün ən aktual geosiyasi məsələ hansıdır? Avropanın mərkəzində ölkənin ərazi bütövlüyü və suverenliyinin itirilməsi və müharibə. Hamı çoxdan əmin olub ki, Dağlıq Qarabağda, Abxaziyada, Dnestryanıda, Cənubi Osetiyada, Krımda, Donbasda təcavüzkar eynidir - Rusiya. Hər yerdə və hər tərəfdə yalnız Rusiya”, - Ukraynanın sabiq prezidenti qeyd edib.

“Postsovet məkanında Dağlıq Qarabağdan tutmuş Cənubi Osetiyayadək heç bir münaqişədə Ukraynadakı vəziyyətdə nəzərdə tutulan mexanizmlər olmayıb. Ukraynadan başqa heç kimdə - nə Gürcüstanda, nə Azərbaycanda, nə də Moldovada belə zəmanətlər yox idi.

Və ortaya nə çıxır? Bizim əlimizdə belə güclü alət ola-ola, biz münaqişənin nizamlanması üzrə Zaxarçenko və Plotnitski ilə “məsləhətləşmələr” aparırıq. Sizə elə gəlmir ki, oyun bir qapıya oynanılır?”, - Yuşenko deyir.

Sabiq prezident, həmçinin Ukraynda mürəkkəb milli iqlimin yarandığını və belə bir ölkədə islahatların keçirilməsinin həddən artıq çətin olduğunu, burada 350 il müddətində Ukrayan milli identikliyinin məhv edildiyini vurğulayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *