İlham Əliyev Ruhaniyə zəng etdi
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Prezident İlham Əliyev İrana səfərində ona və rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Prezident Həsən Ruhaniyə təşəkkür edib və səfərin nəticələrindən çox məmnun olduğunu bildirib. Qeyd edilib ki, iki ölkə arasında əməkdaşlıq əlaqələrinin yeni səhifəsi açılıb.
Danışıq zamanı tərəflər, həmçinin ikitərəfli və regional əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Prezident İlham Əliyev Prezident Həsən Ruhanini bir daha Azərbaycana səfərə dəvət edib.
Mənbə:> Axar.az