Azərbaycan prezidenti: Manata etimad bərpa olunmalıdır
Azərbaycanda manatın məzənnəsi, iqtisadiyyatın dollarlaşma səviyyəsi və bu sahədə hökumətin gördüyü tədbirlər prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərə həsr edilmiş müşavirədə müzakirə edilib.
Oxu.Az xəbər verir ki, iclasda dövlət başçısı manatın etimadının bərpası ilə bağlı ciddi tədbirlərin görülməsinin əhəmiyyətinə də toxunub, hazırda ölkədə müşahidə olunan dollarizasiya prosesinin heç bir iqtisadi əhəmiyyətinin olmadığını bildirib.
Manatın məzənnəsinin sabit saxlanmasının təkcə hökumətdən asılı olmadığını deyən prezident İlham Əliyev bank sektorunun tənzimlənməsi ilə bağlı təkliflərə baxıldığını, problemli bankların sağlamlaşdırılması prosesinin aparılması, dövlət istiqrazlarının buraxılması, əmanətlərin sığortalanması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini bildirdi, bu kimi tədbirlərin milli valyutaya olan inamı artıracağını dedi.
Mənbə:> Oxu.Az