Azərbaycanda Yeni il qeyd edilir
Azərbaycanda Yeni il qeyd edilir.
Oxu.Az xəbər verir ki, Yanvar ayı (latınca “Yanvarus”) qədim Roma ilahəsi Yanusun şərəfinə adlandırılıb. Qriqori təqvimində ilin birinci ayıdır. Qriqori təqvimi 1582-ci ildə qəbul edilib.
Rusiyada I Pyotrun fərmanı ilə indiki Yuli təqviminə keçilib. Bu fərmana uyğun olaraq, yanvarın 1-i İsanın doğum günü - ilin başlanğıcı kimi qəbul edildi və XVIII əsr 1701-ci il yanvarın 1-dən başlandı.
Keçmiş Sovetlər İttifaqında bu təqvim 1918-ci ildə V.İ.Leninin fərmanı ilə rəsmiləşdirildi. Beləliklə, o vaxta qədər Yeni il hər ayın 13-dən başlayırdısa, indi bu fərq aradan götürüldü və Yeni il 1 yanvardan hesablanmağa başlandı. O vaxtdan Yeni il yanvarın 1-dən başlayır. 1 Yanvar həm də istirahət günü sayılır.
Azərbaycan müstəqil respublika olduqdan sonra da ölkəmizdə həmin təqvim fəaliyyət göstərir və 1 Yanvar istirahət günü kimi qeyd olunur.
2006-cı ildən isə 1-2 yanvar bayram günləri sayılır və istirahət günü kimi qeyd edilir.
Bu il Yeni ildə Azərbaycanda ardıcıl olaraq 5 gün - 31 dekabr, 1, 2, 3, 4 yanvar qeyri-iş günüdür.
Mənbə:> Oxu.Az