Şok qərar: ABŞ Azərbaycana sanksiya tətbiq edir » AzNews.info -Xəbər portalı

Şok qərar: ABŞ Azərbaycana sanksiya tətbiq edir

Şok qərar: ABŞ Azərbaycana sanksiya tətbiq edir


Azərbaycan hökuməti üzvlərinə münasibətdə sanksiyaların tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi ABŞ-la ticarət aparan dairələrə, xüsusi xidmət orqanları, güc strukturları və məhkəmə orqanlarına da aid olunacaq. Bu layihə maliyyə sanksiyalarını da nəzərdə tutur.

Virtualaz.org saytı xəbər verir ki, sanksiyalar yalnız bir halda ləğv oluna bilər: Azərbaycan hökuməti demokratik təsisatların və vətəndaş cəmiyyəti institutlarının inkişafı sahəsində əhəmiyyətli tərəqqiyə nail olsa, həmçinin azad və ədalətli seçkilərin keçirilməsinə nail olsa.

“Biz milli təhlükəsizlik və iqtisadiyyat sahəsindəki vacib əlqaələrin mövcudluğunu başa düşürük. Amma ABŞ Azərbaycanda insan haqlarının pozulmasına dair dəhşətli faktlara münasibətdə özünü artıq daha kor kimi apara bilməz” - deyə Helsinki Komissiyasının rəhbəri, konqresmen K.Smit bildirib.

“Jurnalistləri və fəalları müntəzəm olaraq həbs edirlər. Müxalif siyasətçilər hələ də həbsxanadadır. Keçirilən seçkilər azad və ədalətli deyil. Hüquq müdafiəsi ilə məşğul olan vəkillər təqiblərə məruz qalır və vəkil statusundan məhrum olunur. Dini azlıqlar da təqib edilir. ABŞ hökumətin insan haqlarının poqulması, əsas azadlıqların, müxalifətin, KİV azadlığının və dini azlıqların hüquqlarının pozulması məsələsində kompromissə getməyəcək” - deyə Helsinki Komissiyasının bəyanatında deyilir.

* * *23:43

ABŞ Azərbaycana sanksiyalar tətbiq etməyə hazırlaşır.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında məlumat yayılıb.

“Artıq neçə illərdir ki, Azərbaycan hökuməti müstəqil jurnalistlərə, müxalif siyasətçilərə və vətəndaş cəmiyyəti fəallarına qarşı sistematik təqib siyasəti yürüdür.

ABŞ Helsinki Komissiyası bunu nəzərə alaraq Kris Smitin (Nyu-Cersi ştatı 04) rəhbərliyi altında bu gün ABŞ Konqresinə qanun layihəsi təqdim edib. Bu qanun layihəsi Azərbaycan hökumətinin yüksək rütbəli üzvlərinə viza verilməsinə qadağalar tətbiq olunmasını nəzərdə tutur” - deyə ATƏT-in saytında xəbər verilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *