Bayıl qalası və ya Azərbaycanın Ford Boyardı » AzNews.info -Xəbər portalı

Bayıl qalası və ya Azərbaycanın Ford Boyardı – MÖHTƏŞƏM LAYİHƏ (FOTOESKİZ)

Bayıl qalası və ya Azərbaycanın Ford Boyardı


Azərbaycanlı gənclər möhtəşəm və eyni zamanda tarixi bir layihə təklifi irəli sürüblər.

AzNews.info xəbər verir ki, COOL agency əməkdaşları Rəsul Həsənov və Ramiz Əlili tarixi Bayıl qalasının bərpası layihəsini təklif edirlər:

"İdeya hazırlamamışdan əvvəl müxtəlif tarixlərdə müxtəlif arxeoloq, memarlar və rəssamlar tərəfindən aparılmış işlərlə tanış olduq. Həmçinin bərpa zamanı peyk fotoları da köməyimizə çatdı. Çünki hazırda qalanın təməl hissəsi qalmaqdadır. Çertyoj hazırlandıqdan sonra real ölçüdə 3d model yığıldı. Layihəni hazırlayarkən Bakının hazırki fotolarından istifadə edib qalanı real ölçüdə yerləşdirdik.

Qalalar öz əvvəlki strateji funksiyalarını itirsələr də şəhərin turizminə böyük maraq oyadır. Dənizin içində yerləşən və Azərbaycan tarixinin bir hissəsi olan Bayıl Qalasının da yenidən bərpa olunmasını düşünürük. Qalanın içində həm muzey, həm də istirahət yerləri düşünülüb. Odur ki, şəhərimizə gələn turistləri gəmi ilə bu maraqlı qalaya dəvət etmək olar.

Bayıl Qalasının bərpası ilə bağlı müxtəlif qurumlara müraciət etsək də hələ ki, məsələyə cavab verən olmayıb. Lakin ümid edirik ki, bu layihə həyata keçəcək. Həm tariximiz bərpa olacaq, həm də şəhərimizin turizminə təkan verəcək." - deyə gənclər bildiriblər.

Qeyd edək ki, Bakının Bayıl qəsəbəsi yaxınlığına yerləşən və hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsi, Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və XIII əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. Qala mənbələrdə müxtəlif adlarla (“Sualtı şəhər” , “Bayıl daşları”, “Səbayıl qalası”, “Karvansara”, “Xanəgah”, “Kömrükxana” və s.) anılsa da, elmi ədəbiyyatda daha çox “Bayıl qəsri” adı ilə tanınır. Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var.

Bayıl Qalasında ilk arxeoloji tədqiqatlar 1930-40-cı illərdə arxeoloq İsaq Cəfərzadə tərəfindən aparılmışdır. 1969-ci ilə qədər davam etmiş tədqiqatlar nəticəsində məlum olmuşdur ki, uzun əsrlər suyun altında qaldığından qəsr dağılmışdır. Onun yalnız özülləri, epiqrafik abidələri və yazılı daş kitabələri qalmışdır.

Bayıl qalası və ya Azərbaycanın Ford Boyardı
Bayıl qalası və ya Azərbaycanın Ford Boyardı
Bayıl qalası və ya Azərbaycanın Ford Boyardı
Bayıl qalası və ya Azərbaycanın Ford Boyardı
Bayıl qalası və ya Azərbaycanın Ford Boyardı
Bayıl qalası və ya Azərbaycanın Ford Boyardı
Bayıl qalası və ya Azərbaycanın Ford Boyardı
Bayıl qalası və ya Azərbaycanın Ford Boyardı

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *