MTN-də nə baş verir? » AzNews.info -Xəbər portalı

MTN-də nə baş verir? – XÜSUSİ ƏMƏLİYYAT

MTN-də nə baş verir?


Azərbaycan prezidenti İlham Əliyevin 17 oktyabr sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudovun qəflətən vəzifəsindən çıxarılması ölkədə sensasiya kimi qəbul edilib.

“Qafqazinfo” xəbər verir ki, xəbər sürətlə tirajlandıqdan sonra məsələ ətrafında müxtəlif fərziyyələr yayılmağa başlayıb. Bir sıra xəbər saytları şəxsi mənbələrinə əsaslanaraq hətta sabiq nazirin və ətrafındakı bir neçə generalın həbs edildiyini, digər qrupu isə eks-MTN şefinin daha yüksək posta-baş nazir postuna gətiriləcəyini yazırlar.

MTN-də nə baş verir?


Strateq.az saxlanıldığı iddia edilən şəxslərin adlarını da açıqlayıb. Saytın yaydığı məlumata görə, nazir vəzifəsindən çıxarıldığı saatlarda Xüsusi Dövlət Mühafizə Xidmətinin, Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun birgə əməliyyat qrupu MTN-in Monitorinq Xidmətinin rəisi general Teymur Quliyevi və Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevi, eləcə də daha bir neçə yüksək rütbəli əməkdaşını həbs ediblər.

***

Məsələdə digər bir nüans da diqqəti çəkir. Qaynar.info Eldar Mahmudovun vəzifədən azad edilməsindən sonra eks-nazirin qudası Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyevın həbs edilməsi xəbərini yayıb.

Sayt iddia edir ki, Cahangir Hacıyevin indiyə kimi həbs olunmamasına səbəb Eldar Mahmudov olub. Belə ki, Eldar Mahmudov şəxsi nüfuzundan istifadə edərək, qudasını həbsdən yayındıra bilib.

MTN-də nə baş verir?


Mənbə son olaraq bildirir ki, yaxın saatlarda məlumat rəsmi təsdiqini tapacaq.

Qeyd: Eldar Mahmudovun oğlu ilə Cahangir Hacıyevin qızının toyu 2012-ci ilin noyabrda baş tutub.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumatlara görə isə vəzifəsindən azad olunan Eldar Mahmudovun həbsi ilə bağlı xəbər həqiqətə uyğun olmasa da nazirikdə xüsusi əməliyyatın keçirildiyi dəqiqdir.

Belə ki, dünən Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları MTN-də əməliyyat keçiriblər. Və hal-hazırda da nazirlik sözügedən qurumun əməkdaşlarının nəzarəti altında saxlanılır. Lakin bu əməliyyatlar nəticəsində kimlərin saxlanıldığı və əməliyyatın məhz hansı səbəbdən həyata keçirildiyi haqda ictimaiyyətə rəsmi və qeyri-rəsmi heç bir bilgi sızdırılmayıb.

MTN-də nə baş verir?


MTN-də baş verənlərlə bağlı cinayət işinin açıldığı da artıq dəqiqləşib. Dünən və bu gün yaşananlarla bağlı Respublika Prokurorluğunun xüsusi bəyanatla çıxış edəcəyi gözlənilir. İctimaiyyət MTN-də nə baş verənlərlə bağlı rəsmi qurumlar vasitəsilə məlumatlandırılacaq.

“Qafqazinfo son olaraq onu da öyrənə bilib ki, artıq dünəndən telefon danışıqlarının dinlənilməsi ilə bağlı müstəsna səlahiyyət MTN-dən alınıb. Amma bu səlahiyyətin MTN-dən bir günlük-sözügedən əməliyyata görə və ya bir dəfəlik alınması isə hələlik məlum deyil.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 25 sentyabr 2017 10:20
  • Yazan: HIKI
The range builds on the success of cheap christian louboutin the Italian house’s feather-trimmed pieces from spring, with a ready-to-wear and accessories range cheap toms shoes that focuses on delicate embellishments of all replica hansbags sorts. There are floral-printed midi dresses, jackets and tops often embellished with pastel-hued feathers, as well as fake rolex sale a selection of Sixties-inspired, bright A-line dresses featuring sequined embroideries on the collar.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *