12 türk xüsusi təyinatlısından QİSAS ƏMƏLİYYATI » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

12 türk xüsusi təyinatlısından QİSAS ƏMƏLİYYATI – 73 TERRORÇU ÖLDÜRÜLDÜ

12 türk xüsusi təyinatlısından QİSAS ƏMƏLİYYATI


Türkiyənin xüsusi təyinatlı qüvvələri Hakkari əyalətinin Dağlıca bölgəsində 16 əsgərin şəhid olması ilə nəticələnmiş terror hücumunun qisasını alıblar.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisədən 12 nəfərdən ibarət komanda rabitə vasitələrini söndürərək, intiqam üçün gecə ilə PKK yaraqlılarına hücum ediblər.

Yüzə yaxın yaraqlı ilə üz-üzə gələn xüsusi təyinatlılar 73 terrorçunu məhv edib, daha 25 nəfəri isə əsir götürüblər.

Əvvəlcədən itkin düşməsi barədə xəbərlər yayılan komanda ilə bağlı rəsmi orqanlardan belə bir açıqlama gəlib:

“Heç kim itkin düşməmişdi. Xüsusi təyinatlı komanda geri dönmək barədə əmr almamaq üçün rabitə vasitələrini söndürüblər və dünən gecədən yağışlı, dumanlı havada bu gün günortayadək 12 nəfərdən ibarət xüsusi təyinatlı dəstəsi yüzlərlə terrorçu ilə döyüşüb.

Şükür Allaha ki, onlardan heç kimin burnu da qanamayıb. Hal-hazırda 73 nəfər PKK yaraqlısının məhv olunduğu təsdiqlənib, daha 25 PKK üzvü sağ ələ keçirilib”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *