Prezident Lavrovla nələri müzakirə etdi? » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Rəsmi, Foto

Prezident Lavrovla nələri müzakirə etdi? – FOTO

Prezident Lavrovla nələri müzakirə etdi?


“Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərin səmərəli və uğurlu inkişafının davam etdirilməsində maraqlıdır”.


AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiya XİN rəhbəri Sergey Lavrov ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Azərbaycan prezidenti qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Rusiya Günündə Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər etməsi Bakıda çox yüksək qiymətləndirilib. “Bu çox yüksək qiymətləndirilir. Bu bizim münasibətlərin yüksək səviyyəsinin bariz nümunəsidir”, deyə Azərbaycan prezidenti qeyd edib.

“Bu müddət ərzində bizim nazir Moskvaya səfər edib, indi siz buradasınız. Yəni, bu bizim münasibətlərin dinamik inkişafının göstəricisidir”. Biz ikitərəfli xarakterli bir çox məsələləri operativ və səmərəli şəkildə həll edirik, həmçinin beynəlxalq qurumlarda fəal əməkdaşlıq edirik, xüsusən də, hazırkı zamanda, dünyada və bizim regionda hər şeyin belə dəyişdiyi bir dövrdə mütəmadi məsləhətləşmələr aparırıq”, deyə prezident İlham Əliyev qeyd edib.

“Başqa sözlə, bu səfərlər ölkələrimiz arasında xeyli əvvəl formalaşmış və həyatımızın, demək olar ki, bütün – siyasi, iqtisadi, enerji, humanitar sahələrini əhatə edən strateji tərəfdaşlığın ən yaxşı göstəricisidir. Və biz ikitərəfli münasibətlərin səmərəli və uğurlu inkişafının davam etdirilməsində maraqlıyıq”, deyə prezident İlham Əliyev qeyd edib.

Prezident Lavrovla nələri müzakirə etdi?
Prezident Lavrovla nələri müzakirə etdi?

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *