Hər kəsin qorxduğu devalvasiya qərarı qəbul edildi: Dollar sürətlə qalxır » AzNews.info -Xəbər portalı

Hər kəsin qorxduğu devalvasiya qərarı qəbul edildi: Dollar sürətlə qalxır

Hər kəsin qorxduğu devalvasiya qərarı qəbul edildi: Dollar sürətlə qalxır


Ötən həftə dünya iqtisadiyyatına Çinin devalvasiyası damğasını vurmuşdu. Çinin devalvasiyasından sonra Asiya ölkələri bir-bir milli valyutalarını ucuzlaşdırırlar.

Vyetnamdan sonra Qazaxıstanın da, pul vahidində son 18 aydan bu yana ən böyük devalvasiyanı həyata keçirdiyi bildirilir.

Dünən Qazaxıstanda milli valyutanın ABŞ dollarına nisbətdə kəskin ucuzlaşması qeydə alınıb. 1 dollar 195-198 tengeyə alınıb. Qazaxıstanda səhər saatlarında 1 dollar 188,35 tengeyə, bir az sonra isə 190 tenge təklif olunub.

Günortadan sonra isə tenge daha da ucuzlaşıb və 1 dollar 197 tengeyə alınıb.

Ekspertlər qeyd edirlər ki, Qazaxıstan Mərkəzi Bankı artıq tengenin devalvasiyası ilə bağlı qərar qəbul edib. Sadəcə, bu, hələlik rəsmən elan olunmur. Təxminlərə görə, yaxın zamanlarda 1 dollar 230 tengeyə qədər bahalaşacaq.

Bu gün tengenin devalvasiyası 4.5 faiz təşkil edib.

Mərkəzi Asiyanın ən böyük neft istehsalçı olan Qazaxıstan ən iri ticarət tərəfdaşları olan Çin və Rusiyanın pul vahidlərindəki enişlərə harmoniya yaratmaq məqsədilə pulunu ucuzlşadırıb.

Xatırladaq ki, 11 Fevarl 2014-cü il tarixində Qazaxıstan Mərkəzi Bankı tengeni devalvasiya edərək dollar qarşısında155 tengedən 180 tengeyə çıxartmışdı. Sonradan tenge biraz da ucuzlşamışdı.

Mənbə: Marja.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *