Neftin qiyməti 49 dollara düşdü

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,91 dollar ucuzlaşaraq 56,13 dollar olub.
Oxu.Az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,67 dollar azalaraq 49,19 dollar təşkil edib.
Mənbə: Oxu.Az