Azərbaycan yoxsulluq həddini 5 faizə necə endirib?
Əhali gəlirlərinin 80-90 faizini ərzağa xərcləyir, istirahətə, yığıma vəsait ayırmaqdan söhbət gedə bilməz Akif Nəsirli: «Beynəlxalq standartlara görə gəlirinin 50 faizindən çoxunu istehlaka xərcləyən insanlar kasıb sayılır»
Azərbaycanda əhalinin istehlak xərcləri əhəmiyyətli dərəcədə artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin dörd ayında ölkə əhalisinin gəlirləri 12,6 milyard manata çatıb. Gəlirlərin 74,4 faizi son istehlaka, 9,8 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 13,7 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib. Belə aydın olur ki, əhali bu il qazancının 85 faizdən çoxunu gündəlik qida və geyim xərclərinə, kommunal və vergi ödəmələrinə istifadə edib.
Halbuki, 2014-cü ilin makroiqtisadi yekunlarına görə, əhalinin gəlirlərinin 68,8 faizi son istehlaka, 8,7 faizi vergilərə, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 20 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunub. Yəni vətəndaşlar gündəlik qida və geyim, həmçinin kommunal və vergi ödəmələrinə qazancının 77,5 faizini istifadə etməli olub. Deməli, dörd ay ərzində istehlak mallarına sərf edilən vəsaitin həcmi nəzərəçarpacaq dərəcədə artıb. Kölgə iqtisadiyyatı 60-70 faiz həcmində olan Azərbaycan üçün bu rəqəmlər də reallığı dəqiq əks etdirmir. Mənəvi və fiziki istirahət, kapital artımı əldə etmək isə göründüyü kimi, mümkün deyil.
İnkişaf etmiş ölkələrdə qazancın 60 faizinin ərzaq və qeyri-ərzaq məhsullarına yönəldilməsini yoxsulluq əlaməti hesab edirlər. Yoxsulluq səviyyəsi 5 faiz olan Azərbaycanda isə bu rəqəm 75 faizi haqlayıb.
Yeri gəlmişkən, ölkələrin "zənginliyini" müəyyənləşdirəcək sadə göstəricilər var- orta və kasıb təbəqənin ərzaq mallarına nə qədər vəsait xərcləməsi. Bu rəqəm nə qədər aşağıdırsa, deməli, həmin ölkədə əhalinin yaşayış səviyyəsi bir o qədər yüksəkdir. Məsələn, yoxsulluq səviyyəsi 17 faiz olan ABŞ-da istehlak xərci 40 faiz təşkil edir, Almaniyada 10 faiz, Rusiyada 70 faiz, Banqladeşdə isə 90 faizdir.
Sual oluna bilər ki, həyat səviyyəsi yüksək olan Almaniya kimi ölkələrdə ərzağa nə üçün bu qədər az vəsait xərcləyirlər?
Bunun əsas səbəbləri ölkənin rəqabətə davamlı iqtisadi sisteminin, sosial proqramların olmasıdır. Belə ki, ilkin olaraq burada inhisarçılığın olmaması əsas şərtdir. Almaniyada, həmçinin Avropa Birliyi ölkələrində hər hansı bir şirkət bazarın 50 faizinə yaxınlaşırsa, o zaman bazardakı payı 2 və 3 hissəyə bölünür. Azad rəqabət bazarının olması, kənd təsərrüfatı sahəsinin inkişafına ayrılan dotasiya, qida məhsullarına sosial yardımların olması, təhsil sektoruna böyük investisiyaların qoyulması, ciddi hüquqi dövlət və sair bu kimi amillər təsir göstərir.
Təbii ki, Azərbaycanda sadalanan amillərin hər birində ciddi problemlər yaşanır. Ona görə də ölkədə yoxsulluq həddinin 5 faiz olması barədə göstərilən rəqəmin də reallığı əks etdirməyini tam əminliklə demək olar. Əgər əhalinin yığıma pulu qalmırsa, istirahətini qurmağa gəliri yetmirsə, o zaman orta təbəqənin sayının bu qədər çox olması necə ola bilər? Məsələn, gəlirinin 10 faizini ərzağa xərcləyən Almaniyada yoxsulluq həddi 15,5 faiz, Fransada 17 faizdir. Azərbaycanda isə ümumdünya yoxsulluq səviyyəsindən 3-4 dəfə aşağıdır.
Maraqlıdır ki, əhalinin gəlirləri artdıqca, istehlak xərcləri də yüksəlir. Ekspertlərin fikrincə, bu ölkədəki inflyasiya həddinin və qeyri-rəsmi ödənişlərin yüksək olmasından xəbər verir. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda insanlar beynəlxalq normalardan qat-qat aşağı səviyyədə qida qəbul edir. Bura qidanın həm həcmi, həm keyfiyyəti daxildir. Əgər beynəlxalq normaları əsas götürsək, o zaman deyə bilərik ki, əhalinin qazancı onun ərzağına belə çatmır.

İqtisadçı-ekspert Akif Nəsirli "Bizim Yol"a bildirdi ki, Azərbaycanda iqtisadiyyatın qiymətləndirilən meyarlarının içərisində istehlak xərclərinin hesablanması diqqətdən kənarda qalır: "Bu göstəriciyə, ümumiyyətlə, əhəmiyyət verilmir. Nə də bu göstərici real olaraq ölçülmür. Dünyada isə bu, populyar bir göstəricidir. Hətta Avropada yoxsulluq və orta həddi müəyyən edəndə əhalinin istehlaka xərclədiyi vəsaitləri əsas meyarlardan biri sayırlar. Beynəlxalq standartlara görə gəlirinin 50 faizindən çoxunu istehlaka xərcləyən insanlar kasıb sayılır. Təəssüf ki, Azərbaycanda buna diqqət yetirilmir".
A.Nəsirli əlavə etdi ki, son dörd ayda istehlak xərclərinin artması ölkədə qiymətlərin bahalaşması ilə bağlıdır: "Devalvasiyadan sonra yaşayış bahalaşdı ki, bu da istehlak xərclərinin artımına səbəb oldu. Əgər ötən il vətəndaş aldığı əmək haqqının 50-60 faizini gündəlik tələbatına yönəldirdisə, indi eyni tələbatı ödəmək üçün gəlirinin 80 faizə yaxınını sərf etməlidir. Düzü, "Statkom"un təqdim etdiyi 74 faiz rəqəminin real olduğuna inanmıram. Fikrimcə, bu rəqəm 90 faizdən yüksəkdir. Bu gün az bir zümrə aldığı əmək haqqını yığa bilir".
İqtisadçının sözlərinə görə, ölkə əhalisinin istehlaka böyük pul xərcləməsinin səbəblərindən biri bahalaşmadırsa, digəri gəlirlərin azlığıdır: "Azərbaycanda qida məhsullarının qiyməti kifayət qədər bahadır. Xarici ölkələrlə müqayisədə bu bahalıq aydın görünür. Məsələn, İranda qiymətlər bizdəkindən ən azı 50 faiz ucuzdur. Böhran keçirən Rusiya ilə müqayisədə 20-30 faiz fərq hiss olunur. Bununla yanaşı, gəlirlərimiz qiymətlərə münasib deyil".

Mənbə:> Bizimyol.info